Naməhrəm baxışların əqrəblə müqayisəsi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İmam Əli (ə) "Nəhcul-bəlağə"nin 58-ci hikmətində buyurur: "Qadınlar əqrəb kimidirlər". İmamın (ə) bu sözlərindəki məqsədi nədir?
İslam dininin nəzərinə görə qadınla kişi insanlığın iki dəyərli gövhəridir ki, hər ikisi də kamala çatmaq üçün yaradılmışdır. Qurani-Kərim qadınla kişiyə eyni cür xitab edir və hər ikisinə bu cür səslənir: "Ya əyyuhən-nas", "Ya əyyuhəl ləzinə amənu". Bu xitablarında kişi ilə qadın arasında fərq qoymamışdır.
İmamın (ə) bu hədisi ilə bağlı deyə bilərik ki, İmam Əlinin (ə) kəlamını əvvəl dərk etmək lazımdır, sonra onun haqqında hökm vermək lazımdır.
Əgər bu hədisə diqqətlə nəzər salsaq görərik ki, İmam (ə) kişilərə xəbərdarlıq vermək istəyir. Əqrəbin sancması dedikdə İmam (ə) şəhvəti nəzərdə tutmuşdur. Əgər insan şəhvətin əqrəb olduğunu bilməsə, onun sancmasından ləzzət duyar. İmam (ə) demək istəmir ki, qadın əqrəbdir. Buyurur ki, naməhərmə baxmaqla kişilər özlərini atəşə atmasınlar. Naməhrəmə baxmaq onlar üçün şirin ola bilər, ancaq bu günahın batini - əqrəb kimidir. Bu mövzuda qadın və kişi arasında fərq yoxdur. Sadəcə qadınlar daha cazibəli olduqları üçün İmam (ə) qadınların adını çəkmişdir.
Necə ki, İmam (ə) başqa bir hədisdə dünya haqqında buyurur: "Dünya o xoş rəngli ilan kimidir ki, rəngi gözəldir, dərisi yumşaqdır, ancaq bu yumşaq dərisi zəhərdir". Bu hədisdə dünya birbaşa məzəmmət olunmamışdır, hədisin məqsədi dünyapərəstlərdir ki, ona tərəf cəzb olunublar. Ona görə də qadına əqrəb dedikdə, İmam (ə) qadını deyil, ona baxılan naməhrəm baxışları məzəmmət edir.
Allah Təala Quranda buyurur: "Ey insanlar! Şübhəsiz, Biz sizin hamınızı bir kişi və qadından (Adəm ilə Həvvadan) yaratdıq(və ya sizin hər birinizi bir ata və anadan yaratdıq) və sizi bir-birinizi tanıyasınız deyə böyük və kiçik qəbilələr etdik. (Odur ki, sizin aranızda irqi üstünlük yoxdur). Həqiqətən sizin Allah yanında ən hörmətliniz - sizin ən pəhizkarınızdır. Həqiqətən Allah çox bilən və xəbərdardır". ("Hucurat" 13). Bu ayədən də göründüyü kimi, qadınla kişinin Allah yanında ən hörmətlisi - təqvalı olanlarıdır.
İmam Əli (ə) bir çox hədislərində qadını həmişə müdafiə etmiş və uca məqamından bəhs etmişdir. Kişilərə tövsiyə etmişdir ki, onları incitməsinlər. İmam (ə) buyurur: "Zinhar ki, qadınlarınız əgər namusunuzu ləkələsə də, sizə rəhbərlik etməyə cəsarət etsələr də incitməyin və təhrik etməyin".
Beləliklə deyə bilərik ki, İslam dinində əsl meyar - təqvadır. Ona görə də qadınla kişi arasında fərq yoxdur. Bu hədis də məhz qadınları hədəfə almamışdır, onlara edilən naməhrəm baxışları məzəmmət etmişdir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Argentinalı futbolçu ailəsini zəlzələdə itirdi
-
Babək rayonunda ağır qəza - üç nəfər xəsarət alıb (Foto)
-
Şair Məmməd İsmayılın qəbirüstü abidəsi ucaldılıb (Foto)
-
Tut mürəbbəsi resepti
-
Berlində vəziyyət acınacaqlıdır
-
Venesuelada zəlzələ nəticəsində 60 min bina dağılıb
-
Daha bol məhsul üçün yayda budanmalı olan 7 meyvə ağacı
-
Faciəvi şəkildə ölən Nəsimi tələbə imiş (Foto)
-
Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verdi
-
Yevlaxda yük vaqonunda yanğın olub - (Foto)
-
Tahinin əsas faydaları
-
Ağdərədə ağır qəza: Avtobus aşdı, çox sayda yaralı var - Yenilənib (Foto)
-
Lerikdə avtomobil dərəyə aşıb, xəsarət alanlar var
-
Yay mövsümü üçün praktik kükü resepti
-
Hava şəraiti sağlamlığa necə təsir edəcək? - Proqnoz açıqlandı
-
CHP-dən kütləvi istefa iddiasına cavab gəldi
-
Bu soyqırıma görə məsuliyyət daşıyacaqlar
-
Almaniya təyyarəsi Fransada qəzaya uğradı - Ölənlər var
-
Messidən dünya çempionatları tarixində yeni rekord
-
Türkiyədə 40 min hektar meşə külə döndü
-
Hakim olmaq istəyən namizədlər üçün test imtahanı keçirilib
-
İxtisas imtahanından keçməyənlərə yenidən şans veriləcək
-
Azərbaycan parlament nümayəndə heyəti Kiyevə səfər edəcək
-
Azərbaycanda 2023-cü ildən bəri 254 yeni hakim təyin olunub





