Dünya və axirətdə xeyir qazananlar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Məsumlar (ə) bizə davamlı olaraq Quran oxumağı tövsiyə edirlər və Qurana əməl etmək ancaq onu tanımaq yolu ilə mümkün olar. Bu tanımaq üçün isə Quranla davamlı olaraq ünsiyyət qurmaq lazımdır.
"Həqiqətən (İslamın əqidə əsaslarına) iman gətirənlər nicat tapdılar (sanki onlar artıq axirətdə əməllərinin bütün mükafatlarını alıblar). O kəslər ki, namazlarında(həm ürəkləri, həm də bədənləri ilə) itaətkardırlar. Və o kəslər ki, bütün pis və çirkin (iş)lərdən üz döndərirlər. Və o kəslər ki, zəkat verir və nəfslərini təmizləyirlər. Və o kəslər ki, öz şəhvət qüvvələrini cilovlayırlar. Öz zövcələrinə və kənizlərinə qarşı istisna olmaqla ki, onlar (zövcə və kənizləri ilə şəhvətlə davranmağa görə) qınanmazlar. Odur ki, bundan (bu ikisindən) başqasını axtaranlar (bu ikisindən başqasından hər hansı cinsi ləzzət alanlar İslamın müəyyənləşdirdiyi) həddi aşanlardır. Və o kəslər ki, özlərinin (xalqla və yaradanla)əmanətlərinə və (Allahın onlarla bağladığı, yaxud özləri öz aralarında bağladıqları və ya camaatla bağladıqları) əhd-peymanlarına riayət edirlər. Və o kəslər ki,namazlarını (tam və kamil olması baxımından) qoruyurlar. Onlardır varislər! Uca Cənnətə varis olanlar (şəxsi malları kimi Cənnətə mütləq və daimi sahib olanlar və ya kafirlərin Cənnət payına da varis çıxıb yiyələnənlər)! Onlar orada əbədidirlər". ("Möminun" 1-11).
Allah Təala bu ayədə aqibəti xeyir olanların sifətlərini bəyan etmişdir. Buyurur ki, möminlər o kəslərdir ki, həyatın hər bir sahəsində öz hədəflərinə çatıblar. Xoşbəxt insan o kəsdir ki, yolunda olan bütün maneələri qaldıra bilsin və irəli getsin. Yəni bu insan həm maddi və həm də mənəvi həyatda müvəffəqiyyət qazanmışdır.
Dünya həyatında ona görə müvvəffəqdir ki, azad, başıuca, izzətli və ehtyacsızdır. Bütün bunlara isə iman vasitəsilə nail olmuşdur. Axirət həyatında isə ona görə müvəvəffəq olmuşdur ki, İlahi rəhmətə qovuşmuşdur və pak və layiqli dostları ilə birlikdə kamala və izzətə çatmışdır.
Möminin ilk nümunəvi sifəti kimi namaz qılmağını göstərmişdir. Onların namazı adi namaz deyildir. Onlar Allahın qarşısında həm bədənləri və həm də ürəkləri ilə itaət edərlər. Yəni, namaz möminin nişanəsi deyildir, bəlkə möminin nişanəsi təvazökarlığı və itaətkar olmasıdır. Yəni, namazda o qədər Allaha diqqət edərlər ki, özlərini unudarlar. Allahla söhbətə o qədər qərq olarlar ki, bütün varlıqlarına təsir qoyar. Özlərini sonsuz Varlıq qarşısında zərrə kimi görərlər.
Onlar üçün bəyan olunan ikinci sifət isə hər cür pis və yersiz işdən çəkinməkləridir. Onların həyatda hədəfləri vardır və yersiz işdən uzaqdırlar. Onlar əməldə yersiz işdən çəkindikləri kimi, fikirdə də onları Allahdan qafil edəcək hər bir düşüncədən uzaqdırlar.
Möminin üçüncü sifəti isə zəkat verməkdir. Onlar həm vacib və həm də müstəhəb zəkatlarını yerinə yetirərlər. Onların dördüncü sifəti iffətli olmaqlarıdır. Onlar özlərini hər bir iffətsizlikdən qoruyarlar.
Möminin beşinci və altıncı sifəti isə əmanətdar olmaqları və əhdə vəfa etməkləridir. Əmanət dedikdə Allahın, Peyğəmbərin (s) və insanların əmanəti nəzərdə tutulur. Allahın verdiyi bütün nemətlər onun yanında əmanətdir, həmçinin malı və övladları.
Möminin sonuncu nümunəvi sifəti isə namazını qorumağıdır. Möminin sifətlərini bəyan edən zaman, Allah Təala namazla başlayır və namazla bitirir. Çünki namaz elə bir vasitədir ki, insanla Xaliq arasında rabitə yaradar və insanı Allaha yaxınlaşdırar. Namaz - tərbiyə məktəbidir. Namaz insan ruhunu və canını ayıldar və günah qarşısında qoruyar.
Quranın başqa ayələrində də aqibəti xeyirli olanları sifətləri bu cür bəyan edilmişdir: "O kəslər ki, qeybə (Allah, vəhy, mələklər və məad kimi hissiyyatın dərk edə bilmədiyi şeylərə) inanır, namaz qılır (haqqın müqabilində boyun əyir) və ruzi olaraq verdiyimiz şeylərdən (Allah yolunda) xərcləyirlər. O kəslər ki, sənə nazil edilənə və səndən əvvəl (olub keçmiş peyğəmbərlərə) nazil edilənlərə imanları və axirət(Qiyamət) gününə yəqinlikləri vardır. Məhz onlar (Qur'anın hidayətindən qabaq)Allahları tərəfindən (fitri və əqli) bir hidayətdədirlər və nicat tapanlar da onlardır(və Qur'an onları bu məsələlərin arxasınca gələn kamilliklərə hidayət edir. Bu işləri inkar edən kəslərə isə müsbət təsir göstərmir)".
Bu ayələrə görə qeybə iman bəsləmək, namaz qılmaq, infaq etmək, Qurana, məada, axirətə inanmaq - nicat tapanların sifətləridir. Ancaq onların aqibəti xeyirli olacaqdır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bakıda kanatla sərnişindaşıma olacaq - (Video)
-
Paltaryuyan maşına 1 ovuc düyü qoyun və fərqi görün
-
Tovuzda qadın evdə yanaraq ölüb, oğlu saxlanılıb - (Video)
-
Fatih Terimin ayaqqabısı dəfndə parçalandı - (Video)
-
“Fənərbaxça” “Turan Tovuz”u məğlub etdi - Yenilənib - (Video)
-
"Turan Tovuz" - "Fənərbaxça" oyununda dava düşdü, matç yarımçıq qaldı - (Video)
XƏBƏR LENTİ
-
Bakıda kanatla sərnişindaşıma olacaq - (Video)
-
Paltaryuyan maşına 1 ovuc düyü qoyun və fərqi görün
-
Danla Bilic yenidən əməliyyat olundu - (Foto)
-
Tovuzda qadın evdə yanaraq ölüb, oğlu saxlanılıb - (Video)
-
Filosof İoanna Kuçuradi vəfat edib
-
Fatih Terimin ayaqqabısı dəfndə parçalandı - (Video)
-
Bruno Fernandeş Ronaldu barədə sükutu pozdu
-
Zelenski: Rusiyanın neft emalı zavodlarına zərbələri ikiqat artıracağıq
-
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
-
“Fənərbaxça” “Turan Tovuz”u məğlub etdi - Yenilənib - (Video)
-
Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı
-
"Turan Tovuz" - "Fənərbaxça" oyununda dava düşdü, matç yarımçıq qaldı - (Video)
-
Bakıda aşan avtobusda xəsarət alanların vəziyyəti açıqlandı - Yenilənib - (Video)
-
Gəncədə yanıq xəsarətləri alan bacı-qardaşın vəziyyəti məlum olub - Yenilənib
-
"İnsan necə "qudurarmış" - Elza Seyidcahan
-
Ərdoğan: Şanlıurfada Azərbaycan Bulvarı istifadəyə verilib
-
Şəhid anasını təhqir edən bloggerlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib - (Video)
-
Həbs olunan Ferhat Gündoğdunun qalmaqallı səs yazısı yayıldı
-
Nəsimi rayonunun bəzi ərazilərində işıq olmayacaq
-
Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Ağdamda 15 yaşlı qızın erkən evliliyə cəlb olunmasının qarşısı alınıb
-
Zəfərin üç mərhələsi: Azərbaycanın yaratdığı yeni geosiyasi presedent
-
Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının Gəncə mərhələsi keçirilib - (Foto)
-
Bakının bəzi ərazilərində qaz olmayacaq





