Maraqlı

3-cü doza ilə bağlı önəmli açıqlama: Antitel səviyyəsini 3 qat artırır

26 Avqust 2021 21:35
2 Şərh     Baxış: 1 635
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirusa qarşı vurulan üçüncü doza vaksin antitel səviyyəsini 3 dəfədən çox artırır.

Milli.Az medicina.az-a istinadən bildirir ki, "Pfizer"ın yayımladığı yazılı açıqlamaya görə, aparılan araşdırmalarda məlum olub ki, ikinci dozadan beş və ya səkkiz ay sonra vurulan üçüncü doza antitel səviyyəsini 3 dəfə artırır.

Hələ ki, bütün detalları ilə yayımlanmayan araşdırmada üçüncü dozanın yan təsirlərinin ikincidən fərqli olmadığı da bildirilib.

Qeyd edək ki, "Pfizer-BioNTech" vaksininin üçüncü dozası ABŞ-da yalnız 12 yaş və yuxarı immun sistemi xəstəliyi olanlarda istifadəsinə icazə verilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.