Maraqlı

Sibirdə dəvə yetişdirən azərbaycanlı fermer - VİDEO

25 Avqust 2021 16:48
0 Şərh     Baxış: 1 924
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Omsk vilayətinin Yaman kəndində yaşayan azərbaycanlı fermer Təbriz Allahyarov ingilis cinsindən olan 300 inək və səkkiz dəvə yetişdirməklə diqqət mərkəzinə düşüb.  

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Vesti-omsk" Təbrizin təsərrüfatından reportaj hazırlayıb.

Azərbaycanlı fermer bildirib ki, iki il ərzində inəklərin sayını 300-ə qədər çoxalda bilib.

Reportajda qeyd olunur ki, Sibirə köçmüş T.Allahyarov qısa müddət ərzində böyütdüyü inəklərin ətini artıq böyük şəhərlərdə satışa çıxarır.

T. Allahyarov çəkiliş heyətinə saxladığı dəvələri də nümayiş etdirib.

Süjetdə qeyd olunur ki, dəvələr artıq yerli iqlimə tam adaptasiya olunublar və anomal istilərlə bərabər sərt Sibir qışına da uyğunlaşa biliblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.