Maraqlı

Dünya ulduzu itə görə öz işçisini döyüb?

20 Avqust 2021 19:24
0 Şərh     Baxış: 908
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İşçisi dünyaca məşhur müğənni Britni Spirsi onu döyməkdə ittiham edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, müğənni istintaqa cəlb olunub.

Zərərçəkənin sözlərinə görə, münaqişə itin üstündə yaranıb. Evində işləyən qadın Spirsın itini baytara aparıb və geri qayıdanda müğənniyə deyib ki, heyvanla düzgün davranılmır.

Nəticədə mübahisə yaranıb və Spirs işçisini vuraraq onun əlindən telefonunu alıb.

Eyni zamanda hadisə yerinə gələn polis əməkdaşları zərərçəkmişdə hər hansı ciddi xəsarət qeydə almayıblar. Hadisə xırda xuliqanlıq kimi tövsif olunub.

Araşdırma davam edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.