Maraqlı

Koronavirus Alsheymer xəstəliyinin yaranmasına səbəb ola bilər

15 Avqust 2021 13:00
0 Şərh     Baxış: 787
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirus infeksiyasına yoluxmuş yaşlı insanlarda Alsheymer xəstəliyinin əlamətləri müşahidə oluna bilər.

Milli.Az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, alimlər xəstəliyin ağırlığından asılı olmayaraq koronavirusdan əziyyət çəkən şəxslərdə neyrodegenerativ dəyişikliklərin baş verməsi riskinin artmasını müşahidə ediblər.

Argentinada yaşlılar üzərində aparılmış müşahidələr nəticəsində xəstəliyə yoluxmuşların yaddaşlarında və düşüncələrində müəyyən dəyişikliklərin olduğu aşkar edilib.

Ekspertlərin Nyu-York sakinləri üzərində apardığı tədqiqat zamanı onların qanında demensiya ilə əlaqəli zülallar aşkar olunub. Məlum olub ki, koronavirusun erkən mərhələsində yaşlı xəstələrdə nevroloji simptomlar da yaranır.

Üç yüz nəfər yaşlı insan üzərində aparılmış müşahidələr göstərib ki, xəstəlikdən sonrakı 3 aydan 6 ayadək olan dövrdə onların 20%-də qısamüddətli yaddaş problemi, 34%-də isə daha ciddi pozuntular qeydə alınır.

Bundan əlavə, alimlər belə bir qənaətə gəliblər ki, koronavirusun söz tapmaqda problemin yaşanması və uzunmüddətli yaddaşla bağlı çətinliklər kimi fəsadları da ola bilər. Bu əlamətlər isə beyinin müəyyən funksiyalarının pozulmasının göstəricisidir.

Koronavirus bəlası

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2020-ci ilin fevralında 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, 2020-ci ilin martın 11-də isə koronavirusu pandemiya elan edib.

Azərbaycanda koronavirusa qarşı vaksinasiya

Ölkəmizdə hazırda koronavirus infeksiyasına qarşı 4 peyvənd tətbiq olunur. Bunlar "CoronaVac", "Vaxzevria", "Sputnik V", "Pfizer" vaksinləridir. Vətəndaşlar peyvənd olunmaq üçün ilk növbədə randevu.its.gov.az saytından qeydiyyatdan keçərək növbə götürməlidirlər.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.