Keçmiş k-pop ulduzu Li Syn Hen həbs olunub.
Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, ifaçı cinsi istismarı təşkil etməkdə təqsirli bilinərək 1,3 milyon dollar məbləğində cərimələnib və 3 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, müğənninin adı 2015-2016-cı illərdə xarici iş adamlarına qeyri-qanuni cinsi xidmətin təşkilində hallanıb. Bu qalmaqalın ardın 2019-cu ildə "Big Bang" qrupundan ayrılmalı olub.
O, Seulda idarə etdiyi gecə klubundan böyük məbləğdə pul mənimsədiyinə görə də həbs edilmişdi.
Milli.Az