Maraqlı

Dinimiz başqa dində olan insanlarla dostluq etməyə necə baxır?

10 Avqust 2021 23:40
1 Şərh     Baxış: 1 901
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Ey iman gətirənlər, yəhudi və xaçpərəstləri özünüzə dost və köməkçi tutmayın, onlar bir-birlərinin dostu və köməkçiləridir. Sizdən kim onları özünə dost və köməkçi tutsa, onlardan olacaqdır (və zalımdır və) şübhəsiz, Allah zalım dəstəni hidayət etməz". ("Maidə" 51).

Əgər kimsə bilərəkdən İslamın düşmənlərinə dostluq əlini uzadarsa, o, özünü iman dairəsindən xaric etmiş olar.

Müqəddəs Quranın bizə açıq şəkildə belə xəbərdarlıq etməsinin səbəbi budur ki, düşmənlər müsəlmanlara qarşı haqsızlıq etməkdən çəkinmirlər və bu yolda əllərindən gələni edirlər. Bu, dinimizin qoyduğu mühüm əqli və dini hökmdür ki, hər bir müsəlman ona əməl etməlidir.

Ancaq bir mövzunu aydınlaşdırmaq lazımdır ki, dinimiz başqa dində olan insanlarla dostluq etməyin əleyhinə deyildir. Yəni, Quran ayələrini səhv başa düşüb, bunu başqa tərəfə yozmaq lazım deyildir.

Əslində İslam dini mehribanlıq və sülh dinidir. Hər kəsi dostluğa və mehriban olmağa dəvət edir. İstər müsəlmanlar olsun, istərsə də qeyri-müsəlmanlar.

Dinimiz İslamın düşmənlərindən bəhs edir. O kəslərdən ki, müsəlmanlara nifrət edir və onlara ziyan vurmaqdan ləzzət alırlar. Onları inkişaf etmiş və xoşbəxt görmək istəmirlər.

Ona görə də dinimiz buyurur ki, ey müsəlman, ayıq ol. Bəziləri dost adı ilə sənə xəyanət edər və səninlə düşmənçilik edər. Dininə zərbə vurar və səni yolundan azdırar. (Tebyan)

"Sən yəhudi və xristianların dinlərinə tabe olmayınca, onlar heç vaxt səndən razı qalmayacaqlar. De: "Həqiqətən (əsil) hidayət yalnız Allahın hidayətidir". Əgər sənə gələn elmdən sonra, onların nəfsi istəklərinə tabe olsan, Allah tərəfindən sənin üçün əsla bir başçı və yardımçı olmayacaqdır". ("Bəqərə" 120).

Odur ki, başqa dində olan səmimi insanlarla dostluq etməyin heç bir eybi yoxdur. Söhbət İslamla düşmənçilik edən məkrli düşməndən gedir ki, onlarla dostluq etmək - onların dağıdıcı planlarında yer almaq deməkdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.