Maraqlı

Məşhur həkim arvadının əxlaqsızlıqla məşğul olduğunu 5 il sonra öyrəndi - FOTO

29 İyul 2021 20:22
0 Şərh     Baxış: 2 233
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın keçmiş Gözəllik yarışının Kraliçası Regina Turnerin boşanma xəbəri mətuatın gündəminə düşüb.

Milli.Az unikal.org-a istinadən xəbər verir ki, məşhur həkim Han Jo Kimlə evli olan modelin "eskort"luq (pul qarşılığında intim xidmət) etdiyi üzə çıxıb. Bunu üzə çıxaran da modelin əri olub.

Belə ki, 41 yaşlı həkimin həyat yoldaşının kompüterində gördüyü mesajlardan sonra şoka düşüb. Ərinə bir smartfon tətbiqi üzərində işlədiyini və zəngin bir investordan dəstək aldığını söyləyən keçmiş gözəllik kraliçasının əslində gizli bir həyatı olduğu ortaya çıxıb.

Kim iddia edib ki, Regina Turner dostları ilə çöldə olduğunu və ya iş üçün səyahət etdiyini deyəndə pul qarşılığında digər kişilərlə cinsi əlaqədə olub.

Keçmiş ərinə təhsili və işi ilə bağlı yalan danışdığı üzə çıxan Turner barəsində məhkəməyə sənədlər təqdim olunub. Sözügedən sənədlərdə modelin 2015-2021-ci illərdə "eskort"luqdan 700 min dollara yaxın gəlir əldə etdiyi qeyd edilib.

Bildirilir ki, 2011 -ci ildə "Gözəllik Kraliçası" seçilən Regina Turner, 2015 -ci ildə həkim Han Jo Kim ilə evlənib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.