Maraqlı

Azərbaycan filmindəki səhnə dünya trendinə çevrildi - VİDEO

27 İyul 2021 19:50
1 Şərh     Baxış: 5 478

İlk dəfə 2017-ci ildə ekranlara gələn "Kəklikotu" filminin səhnələrindən biri trendə çevrilib.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, ekran işinin gülməli səhnələrindən birində filmin aktyoru Əlixan Rəcəbov "Çelovek pauk gəldi" ifadəsini səsləndirərək əlindəki silahla müəyyən hərəkətlər edir.

Videoblogerin bu sözləri deyərkən etdiyi qəribə hərəkəti trendə çevrilib. Xarici "Tik-tok" istifadəçiləri və blogerlər aktyoru parodiya edərək yerli mahnının sədaları altında video lentə alıblar.

Sözügedən görüntülər sosial şəbəkələrdə yayılıb və böyük marağa səbəb olub. Video böyük izləyici kütləsi olan səhifələrdə paylaşılaraq trendə çevrilib.

Qeyd edək ki, komediya və macəra janrında lentə alınan "Kəklikotu" tammetrajlı bədii filminin rejissorları Cəfər Axundzadə və Vüqar İslamzadədir.

Ekran işində rolları Müşfiq Şahverdiyev, İslam Mehrəliyev, Əlixan Rəcəbov kimi aktyorlar, Aqil M.Quliyev və Nigar Camal kimi tanınmışlar canlandırıblar.

Milli.Az

Şərh yaz:

1 Şərh:

  • Anonim
    _Vika_ · 27 İyul 22:1440

    Trende dusecek qeder maraqli bir sey gormedim. Yenede sevindim.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.