Astronomlar Sentavr A qalaktikasında qara dəlik tullantılarının dəqiq şəklini çəkiblər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Event Horizon Telescope" layihəsinin iştirakçıları Sentavr A qalaktikasında ifrat massiv qara dəlik jetlərinin hələ ki ən dəqiq fotolarını əldə ediblər. Bu şəkillər bütün ölçüdə və kütlədə qara dəliklərin oxşar quruluşunu təsdiq edib. Tədqiqatın nəticələri "Nature Astronomy" jurnalında dərc olunub.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, tədqiqatçıların fikrincə, qara dəliyin kütləsi və doğurduğu şüanın parlaqlığı öz aralarında ayrılmaz şəkildə bağlıdır. Bu qanunauyğunluq ulduz kütləsi obyektlərinin və qalaktika mərkəzlərində ən böyük qara dəliklərin müşahidə edilməsinin nəticələri əsasında müəyyənləşdirilib. Sentavr A qalaktikasının müşahidələri bu ideyanın "orta" ölçüdə ifrat massiv qara dəliklər üçün ədalətli olduğunu təsdiqləyib.
Hadisə Üfüqü Teleskopu (Event Horizon Telescope, EHT) dünyada bir neçə ən həssas mikrodalğalı radiorəsədxana gücünü birləşdirən virtual rəsədxana-interferometrdir. Layihə 2009-cu ildə iki obyekti - Süd Yolu qalaktikasının mərkəzində yerləşən (Sgr A*) qara dəliyi və Qız bürcündə M87 qalaktikasındakı qara dəliyi müşahidə etmək məqsədilə yaradılıb. Bunun sayəsində astronomlar indiyədək M87* qara dəliyinin "kölgəsini" əldə ediblər.
EHT-nin sonrakı araşdırmasının məqsədi Sentavr A qalaktikasının mərkəzində yerləşən, Yerə ən yaxın və nəzərə çarpan ifrat massiv qara dəliklərdən birinin tədqiqi olub. Həmin obyektin kütləsi nisbətən kiçikdir: Günəşdən yalnız bir neçə on milyon dəfə ağırdır. Bu qara dəlik Süd Yolu və Sentavr A qalaktikası arasındakı kiçik məsafə sayəsində gecə səmasında ən parlaq radiodalğa mənbəyidir. Lakin alimlər əvvəllər onun tullantılarını dəqiq qeydə ala bilməyiblər, çünki bu qalaktika şimal yarımkürəsində ən böyük radioteleskoplar üçün üfüqün arxasında yerləşir.
Neymeqen Universitetinin professoru Hayno Falke və onun həmkarlar EHT-nin köməyilə bu problemi həll ediblər: onlar Sentavr A qalaktikasının mərkəzində qara dəliyin tullantılarının ilk dəfə olaraq dəqiq fotosunu çəkiblər. Həmin şəkillərdə uzunluğu təqribən 10-15 milyard kilometrə malik hissələr görmək olar. Bunun nəticəsində alimlər təsdiq ediblər ki, "orta" ifrat massiv qara dəliklərin və onların daha böyük analoqlarının, o cümlədən Qız bürcündə M87 qalaktikasındakı qara dəliyin tullantıları öz quruluşuna görə oxşardır.
Bu mülahizəyə əsaslanan astrofiziklər həmin qara dəliyin kölgəsinin necə olacağını hesablayıblar, habelə onu müşahidə etməyin optimal metodunu müəyyənləşdiriblər. Məlum olub ki, bu obyekti Yer atmosferindən kənarda işləyən və diametri təqribən 8 min kilometr olan virtual radio qurğusunda birləşdirilmiş teraherts teleskop dəstinin köməyilə görmək olar.
Alimlərin fikrincə, bütün bu göstəricilər və qara dəliyin güman edilən "kölgəsinin" forması onun tullantılarının aşağı hissəsində müşahidələrin nəticələrinə ideal şəkildə uyğundur. Bu, növbəti dəfə sübut edir ki, bütün növ qara dəliklərin quruluşu və davranışı eyni qanunu təsvir edir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Ölümdən qorxmasam da, xəstəliklə ölməkdən qorxuram”
-
Ronaldunu cəza gözləyir: Uzaqlaşdırılma və pul cəriməsi...
-
Nəriman Axundzadənin 10 ay sonra vurduğu qol - (Video)
-
Fədayə Laçın: "Dedim ki, təyyarənin sağındakı yerləri alsın, tək oturum"
-
Türkiyə millisinə 2 futbolçu cəlb olundu
-
Qumral: “Əslində heç kimsiniz, fikirləriniz önəmli deyil" - (Video)
XƏBƏR LENTİ
-
Bakının ən bahalı ünvanları: qiymətlər
-
Əməkdar artist Arzu Əliyevanın yeni işi
-
Ronaldudan sonra Portuqaliyanın yeni "7 nömrə"si - (Foto)
-
«Bulqakovun musiqi dünyası» adlı teatrlaşdırılmış konsert keçirilib - (Foto)
-
Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar
-
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
-
Afra Saraçoğlu narkotik testinin nəticəsi ilə bağlı açıqlama verib
-
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb – Baş Prokurorluq
-
Bərdədə qəza zamanı xəsarət alanların kimliyi məlum olub - Yenilənib (Foto)
-
Kürdəmirdə 92 nəfərin zəhərləndiyi restoran bağlandı - (Foto)
-
Bakıda xalq artistinin oğlu döyülüb, çənəsi sındırılıb - (Foto)
-
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı
-
Ağstafada müəllimlər arasında dava: "Məni telefonla çəkirdi" - (Yenilənib)
-
Hacıqabulda qəza - 4 nəfər xəsarət alıb
-
Gəncədə 5 şagird zəhərlənib, məktəbin bufeti bağlanıb - (Yenilənib)
-
Bu deputatın mandatı ləğv edildi - (Foto)
-
Eldəniz Məmmədov magistraturaya qəbul oldu
-
Payızda bu qaydalar saçlarınızı qoruya bilər
-
Bakıda şadlıq sarayında istehlaka yararsız ətlər tapıldı
-
6667 hektar ərazi minalardan təmizləndi
-
Bülbül prospektinin daha bir hissəsində mikromobillik zolağı təşkil olunub
-
AZAL bu il donanmasına 5-ci təyyarəni əlavə edib
-
Türkiyədə kömür mədənində uçqun: 5 işçi dağıntılar altında qalıb
-
Tbilisiyə qatar bileti ucuzlaşdı - Bu tarixdən





