Maraqlı

Gün işığı koronavirusun hissəciklərini məhv edir

20 İyul 2021 19:45
0 Şərh     Baxış: 717
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ultrabənövşəyi şüalar COVID-19 virusunun hissəciklərini 5 dəqiqə ərzində iflic edə bilər.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Arizona Universitetinin professoru Georq Vondrakın rəhbərlik etdiyi mütəxəssislər qrupu tərəfindən aparılmış tədqiqatın nəticələrindən bəhs edən məqalədə bildirilir.

Mütəxəssislər ultrabənövşəyi şüalar altında SARS-Cov-2 və Hcov-NL63 koronaviruslarının hüceyrələrə zərər verə biləcək hissəciklərinin 5 dəqiqə ərzində 98 faiz zəifləməsinə, 20 dəqiqə ərzində isə tam iflic olmasına şahid olublar. Həm güclü, həm də zəif gün işığında bənzər nəticələr əldə edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.