Maraqlı

Fransa hökuməti Google şirkətini 500 milyon avro dəyərində cərimələyib

17 İyul 2021 23:10
0 Şərh     Baxış: 1 166
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransa hökumətinin antimonopoliya orqanı Google şirkətini 500 milyon avro dəyərində cərimələyib. Belə ki, antimonopoliya orqanı aşkar edib ki, Google şirkəti kütləvi informasiya vasitələrinin istifadə etdikləri başlıqları özünün Google News platformasında istifadə edir, lakin buna görə həmin kütləvi informasiya vasitələrinə pul ödəmir. Əgər şirkət kütləvi informasiya vasitələrinə ödəniş planını təqdim etməsə, ona hər gün ərzində əlavə 900.000 avro cərimə yazılacaq.

Qeyd etmək lazımdır ki, Fransanın antimonopoliya orqanı hələ 2020-ci ildə qanun tərtib etmişdi ki, Google şirkəti kontentlərin istifadəsi məsələsində saytlar ilə müqavilə bağlamalıdır. Lakin görünür, şirkət bu qanunu görməzdən gəlib. Nəticədə Fransanın Agence France-Presse, Le Figaro və s. kimi saytları şikayətçi olublar. Bununla yanaşı Google şirkəti 2 ay ərzində kütləvi informasiya vasitələrinə ödənişi hansı sistem üzrə edəcəyinə dair planı təqdim etməlidir. Əks halda şirkət hər gün üçün əlavə 900.000 avro cərimə əldə edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.