Maraqlı

İtburnu yağı

3 Avqust 2021 05:04
0 Şərh     Baxış: 1 138
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtburnu yağı yağların kralı hesab edilir. İtburnu yağının bu adı qazanmasına onun tərkibinin faydalı olmasıdır. İtburnu yağı iltihab əleyhinə, antimikrob, tonuslandırıcı, yarasağaldıcı, yumşaldıcı və vitaminləşdirici təsir bağışlayır. İtburnu yağı gülkimilər fəsiləsinə aid olan itburnu toxumlarından alınır.
İtburnu bitkisinin çiçəkləri, yarpaqları və meyvələri orqanizmə müalicəvi təsir göstərir. Onun toxumlarından əldə edilən yağın tərkibi isə bir çox xəstəliklərin müalicəsində istifadə olunur.
İtburu məhsullarından qədim zamanlardan istifadə edilib. Onun barədə İbn Sinanın əlyazmalarında da qeydlərə rast gəlinir. İtburnu məhsullarından əsrlər boyu müalicə məqsədilə istifadə edilib.
İtburnunu insan orqanizmi üçün ən faydalı bitkilərdəndir.
İtburnu yağından müalicə məqsədilə XVII əsrdən xalq təbabətində istifadə edilməyə başlanılıb. Sonralar isə ondan kosmetoloji məqsədlərlə istifadə olunub. Bir çox təbiblər itburnu yağını "günəşin mayesi "adlandırırlar. Onun tərkibində doymamış yağ turşuları, E vitamini, karotinoidlər, vitamin və minerallar var.
İtburnu yağının tərkibi doymamış və doymuş yağ turşuları (linolen, linolin, stearin, palmit, miristin və s.) ilə zəngindir. Bu yağın tərkibində çoxlu miqdarda dəmir, maqnium, fosfor, marqanes, kalsium var.
İtburnu yağı əla ödqovucu vasitədir. Ondan hepatitlər və xolisistit zamanı öd axınının sürətləndirmək üçün istifadə olunur.
İtburnu yağı mədə şirəsinin sekresiyasını sürətləndirir. Ondan müxtəlif formalı qastritlərin müalicəsində istifadə edilir. İtburnu yağından yaralı kolitin müalivə və profilaktikasında istifadə olunur. Yaralı kolit zamanı mütəxəssislər xəstələrə hər gün itburnu yağı içməyi məsləhət bilir. Davamlı olaraq itburnu yağı içmək qanda xolesterinin miqdarının azalmasına, qan damarlarının təmizlənməsinə və artıq çəkidən xilas olmağa səbəb olur.
İtburnu yağı qan damarlarını təmizləməklə atereskleroz xəstəliyinin əlamətlərinin azalmasına, ürək fəaliyyətinin yaxşılaşmasına səbəb olur. Artıq çəkidən azad olmaq istəyənlərə hər gün az miqdarda itburnu yağı içmək məsləhət görülür. Avitaminozlar, qanazlığı, infeksiya xəstəlikləri, qanaxmalar, donma və yanıqlar zamanı itburnu yağından istifadə etməkdə fayda var.Uşaqəmizdirən anaların döş giləsinə itbirnu yağı sürtmək döş çatlarının qısa müddətdə sağalmasına səbəb olur.
Qinqivit və stomatit zamanı itburnu yağı ilə yaraları silmək onların tez bir zamanda sağalmasına səbəb olur. İtburnu yağı ilə ağız boşluğunu sildikdə orada olan yaralar sağalır.
Gündə iki dəfə itburnu yağı sürtərək ekzema xəstəliyini sağaltmaq mümkün olur.
Rinit, faringit, burun və boğazın iltihabi xəstəlikləri zamanı burun boşluğuna itburnu yağı damızdırmaq xəstəliyin sağalmasını sürətləndirir.
İtburnu yağından istifadə etməklə depressiya əlamərlıərini aradan qaldırmaq mümkündür. İtburnu yağı içmək əsəb sisteminin sakitləşməsinə, əhval ruhiyyənin yaxşılaşmsına səbəb olur.
İtburnu yağı dəri üçün çox faydalıdır və dəridə yağ parıltısının qalmasına səbəb olmur. Onun tərkibində olan vitaminlər, makro və mikro elementlər, yağ turşuları dəriyə cavanlaşdırıcı, regenerasiyaedici təsir göstərir, dərinin elastikləşməsinə səbəb olur. İtburnu yağı dərinin piy vəzilərinin funksiyasını normallaşdırır, dəridəki yorğunluğun, qırışların aradan qalxmasına səbəb olur. İtburnu yağı dəridəki piqment ləkələrinin, qıcıqlanmaların aradan qalxmasına, dərinin ferment mübadiləsinin yaxşılaşmasına səbəb olur. İtburnu yağı dərinin hüceyrə mübadiləsini yaxşılaşdırır.
Itburnu yağı dərini ultrabənövşəyi şüalanmadan qoruyur. Dekolte bölgəsini itburnu yağı ilə silmək dərini gümrahlaşdırır və rəngini gözəlləşdirir. İtburnu yağı ilə dərini silmək iltihabi proseslərin aradan qalxmasına səbəb olur. İstifadə etdiyiniz şampunlara, kremlərə itburnu yağı damızdıraraq arzu edilən saçlara və dəriyə sahib olmaq olar. Dəridəki qırışlardan xilas olmaq üçün itburnu yağı ideal vasitə hesab edilir. İtburnu yağı saçlarda və dəridə olan quruluqları aradan qaldırır. İtburnu yağı ilə saçlara maska qoymaq tükdibi xəstəliklərin sağalmasına, tüklərin qalınlaşmasına və saçqıranların aradan qalxmasına səbəb olur. Bunun üçün yumazdan əvvəl saçlara itburnu yağı sürtərək 20 dəqiqə saxlamaq lazımdır.
İtburnu yağının zərərli xüsusiyyətləri.
Yağlı dərisində səpgilər olan adamlara dərilərinə itburnu yağı sürtmək məsləhət görülmür. Bu səpgilərin artmasına səbəb olur.
Mədə və onikibarmaq yarasından əziyyət çəkənlərə itburnu yağı içərkən ehtiyatlı olmaq məsləhət görülür. Tərkibində olan K vitamini qanın laxtalanmasını sürətləndirir, III dərəcəli ürək çatışmazlığı əlamətlərinin artırır. Tromboflebirt və endokardit xəstələrinə itburnu yağı içərkən həkimləri ilə məsləhətləşmələri tövsiyə edilir. Uzun müddər itburnu yağı içmək mədəaltı vəzin insulin ifrazının pozulmasına səbəb ola bilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.