Maraqlı

Salvador hökuməti vətəndaşlarına pulsuz bitcoin paylayacaq

11 İyul 2021 22:20
0 Şərh     Baxış: 508
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Salvador höküməti iyunun 8-i ilk kriptovalyuta olan bitcoin-i ölkə ərazsində rəsmi ödəniş vasitəsi olduğunu tanıyan qanun layihəsini qəbul etdi. Bu layihənin icrası üçün ilk addımlardan biri ölkə ərazisində kripto bankomatların quraşdırılmasıdır. ABŞ-ın Athena şirkəti, Salvadorun yeni rəqəmsal iqtisadiyyatına ümumi dəyəri 1 milyon dollar olan 1500 ədəd bitcoin bankomat (ATM) quraşdırmağı planlaşdırır. Dünyanın müxtəlif ölkələrində quraşdırılmış Athena şirkətinə məxsus kripto bankomatları bitcoinlərin nağd pulla alınıb satılmasını asanlaşdırır.

Salvador prezidenti Nayib Bukele iyunun 25-i dövlət airdropu elan etmişdi. Airdrop-a əsasən 18 yaşı tamam olmuş hər bir vətəndaşa 30 dollar dəyərində bitcoin ödəniləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.