Gözəlliyinizin keşiyində dayanan ən effektli bitki yağları
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Kokos yağı qədim zamanlardan bəri gözəllik sektorunda geniş istifadə olunur. Deyilənlərə görə, Misir kraliçası Kleopatra dərisinin gözəlliyini həm də kokos yağına borclu olub. Əsrlərdir bu yağ populyarlığını qoruyub saxlayır, həm üz, həm də bədən üçün nəmləndirici, qidalandırıcı və qocalma əleyhinə kosmetik məhsullarda, saç baxımında istifadə olunur.
Milli.Az xəbər verir ki, kokos yağı tamamilə təbii məhsuldur. O, kokosun təzə meyvəsinin sıxılması yolu ilə əldə olunur. Yağ qeyri-adi dərəcədə bitki turşuları ilə zəngindir - laurik, oleik, mirist, palmitik, kaprik və bir sıra digər faydalı turşular. A, E, B1, B2, B3, K və C vitaminləri, dəmir, kalsium, fosfor və digər makro, mikroelementlərdən ibarətdir.
Zəngin tərkibi sayəsində dərini intensiv şəkildə nəmləndirməyə və qidalandırmağa, quruluq, qabıqlama və qıcıqlanma ilə mübarizə aparmağa imkan verir. Bitki turşularının bolluğu isə təbii liftinq təsiri göstərir. Onun əsas xüsusiyyətlərindən biri dəri hüceyrələrinin yenilənməsinə səbəb olan metabolik prosesləri stimullaşdırmaq qabiliyyətidir. Kokos yağı adətən göz ətrafı üçün nəzərdə tutulan kremlərin tərkibində də olur və dərini qıcıqlandırmır. Yağlı və sızanağa meyilli dəri tipiniz varsa, tərkibində kokos yağı olan kosmetik məhsullarda diqqətli olmalısınız - yağ komedogen təsir göstərir və yeni iltihablara səbəb ola bilər.
Dəriyə qulluqda kokos yağı yaxşı effekt göstərir: mükəmməl şəkildə dərini qidalandırır, nəmləndirir, quruluqdan qoruyur və qabıq verməsinin qarşısını alır. Xüsusilə mütəxəssislər dirsəklər və ayaqlar kimi ən quru nahiyələr üçün kokos kremini tövsiyə edirlər: yağ çox quru dərini belə intensiv şəkildə bəsləyir və mükəmməl yumşaldır. (publika.az)
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Yeməyi "qazanla soyuducuya qoymayın" xəbərdarlığı
-
Mandarin alarkən mütləq bu işarəyə baxın: Şirin və şirəli olanı belə bilinir
-
Bu 3 tarixdə doğulanların payızda həyatı dəyişəcək
-
Bədənin əsl yaşı gözlərdə gizli imiş
-
Qrip və soyuqdəymə zamanı sağalmanı tezləşdirən qidalar
-
Tam buğda və ya qarabaşağı unudun: Ən sağlam un ortaya çıxdı
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyev: Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır
-
Prezident İlham Əliyev: Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir
-
Bu gün "Formula 1"in qalibi bəlli olacaq
-
Prezident İlham Əliyev: Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir
-
Prezident İlham Əliyev: Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var
-
Prezident İlham Əliyev: Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər
-
Pezeşkian Tramp ilə görüşün şərtini açıqladı
-
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - (Foto)
-
Azərbaycanda vulkan püskürdü
-
Yeməyi "qazanla soyuducuya qoymayın" xəbərdarlığı
-
Mandarin alarkən mütləq bu işarəyə baxın: Şirin və şirəli olanı belə bilinir
-
Bu 3 tarixdə doğulanların payızda həyatı dəyişəcək
-
Bədənin əsl yaşı gözlərdə gizli imiş
-
Qrip və soyuqdəymə zamanı sağalmanı tezləşdirən qidalar
-
Tam buğda və ya qarabaşağı unudun: Ən sağlam un ortaya çıxdı
-
Bəxt və uğur üçün hər gün deyilməli olan 5 söz
-
Bakıda ev qiymətinə “07” satılır - (Foto)
-
“İçərişəhər”də hərəkətin təşkili kameralarla tənzimlənəcək - (Video)
-
Zarina uşaqlıq arzusunu gerçəkləşdirdi
-
Rusiyada xaricilərin hərbi xidmət qaydaları dəyişdirildi
-
Keti Perri Bakıda bayrağımızı dalğalandırdı - (Foto/Video)
-
Lənkəranda uşaq fiziki zorakılığa məruz qalıb - təfərrüat - (Video)
-
Günün qoroskopu: Fürsətlərlə dolu bir gündür
-
Kənar dairəvi yoldakı qəzanın anbaan (Videosu)





