Maraqlı

Uhan laboratoriyasının keçmiş işçisindən koronavirusun yayılması ilə bağlı açıqlama

4 İyul 2021 14:00
0 Şərh     Baxış: 1 501
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əvvəllər Çinin Uhan şəhərində Virusologiya İnstitutunun laboratoriyasında işləyən amerikalı virusoloq Daniella Anderson COVID-19-un mənşəyinin daha təbii olduğuna inandığını bildirib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, o, bu barədə "Bloomberg"ə verdiyi müsahibədə bildirib.

Alim virusun Uhan laboratoriyasından yayılması ilə bağlı iddianı istisna etmir. Ancaq virusun insanları yoluxdurmaq üçün xüsusi olaraq yaradılmadığını və qəsdən laboratoriyadan azad edilmədiyini deyib.

"Hansısa alim virusla işləyərkən bilmədən xəstələnə və sonra səhvən COVID-19-u başqalarına ötürə bilər", - deyə o, vurğulayıb.

Xatırladaq ki, bir müddət əvvəl ABŞ Dövlət Departamentinin keçmiş əməkdaşı Devid Aşer bəyan etmişdi ki, hələ 2019-cu ilin dekabr ayında Uhan laboratosiyası həkiminin həyat yoldaşı COVID-19 səbəbilə vəfat edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.