Maraqlı

Koronavirusdan sağalan uşaqlarda ölümcül sindrom üzə çıxır

4 İyul 2021 12:30
0 Şərh     Baxış: 761
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hindistanda koronavirus keçirən uşaqlarda multisistemli iltihab sindromu ilə xəstələnmə halı artıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, uşaqlarda bu sindromun yaranma halları Maharaştra, Haryana, Pəncab və digər əyalətlərdə qeyd edilib, hadisələrin dəqiq sayı müəyyənləşdirilməyib, lakin onlar artıq yüzlərlədir (təkcə Çandiqarxda bu rəqəmlər 42-dən 252-yə qədər uşaq arasında dəyişir).

Həkimlər deyirlər ki, Hindistanda bu xəstəliklə bağlı rəsmi bir statistika və bununla necə mübarizə aparılması barədə heç bir tövsiyə yoxdur. Uşaqlar ümumiyyətlə koronavirus infeksiyasını yüngül keçirirlər, ancaq sonradan onlarda belə bir sindromun yarana biləcəyi qeyd olunur.

Xəstəliyin simptomları qızdırma, qaşınma, konjonktivit, ishal və qusma, aşağı qan təzyiqidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.