Maraqlı

Faydalarını saymaqla bitmir

4 İyul 2021 12:15
0 Şərh     Baxış: 1 883
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yay mövsümünün ən sevimli meyvələrindən olan qarpızın faydalarını bilirsinizmi?

Milli.Az Axşam.az-a istinadən adıçəkilən meyvənin saymaqla bitməyən faydaları haqda məlumat verir:

1. Qarpızın tərkibində A, C və B1 vitaminləri vardır. Kalium baxımından zəngindir. Bundan başqa, tərkibinə üzvi turşular, təbii şəkər və antioksidanlar daxildir.

2. Qarpızda C vitamini, likopen, beta-karoten, lutein, zeaksantin və kriptoksantin kimi antioksidanlar olduğu üçün yaşlanma və digər xəstəliklərin qarşısını almaqda əhəmiyyətli bir qoruyucudur.

3. Yayda susuzluğu aradan qaldırmaq üçün mükəmməl bir meyvədir.

4. Sidik qovucudur. Bədənin zərərli toksinlərini çölə atmağa kömək edir. Qaraciyəri təmizləyir, böyrək funksiyalarını tənzimləyər.

5. Qarpız B6 və B1 vitaminləri və təbii enerji gücləndiricilərinə malikdir. Maqnezium və kalium kimi mineralların zəngin mənbəyidir.

6. Bu meyvənin immunitet sistemini gücləndirmək üçün mükəmməl bir qabiliyyəti vardır.

7. Göz sağlamlığı üçün çox əhəmiyyətli meyvədir.

8. İçində olan amin turşusu, maqnezium qan təzyiqini tarazlıqda saxlayar. Təzyiqi nizamlayır və ürək problemlərinə qarşı mübarizə aparır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.