Maraqlı

Kasıb atadan 12 milyon miras...

30 İyun 2021 15:26
0 Şərh     Baxış: 1 327
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Misirdə ömrü boyu maddi vəziyyətinin yaxşı olmadığı kimi davranan kişinin mirası qohumlarını şoka saldı.

Milli.Az sherg.az-a istinadən xəbər verir ki, 25 il bir Körfəz ölkəsində işləyən ata ailəsinə çox az pul verirdi və imkanının olmadığı kimi davrandı.

Məlumata görə, kişinin arvadı, oğlu və qızı illərlə maddi sıxıntı içində yaşayıb. Atalarının ölümündən bir ay sonra isə ailəyə bankdan məktub gəlib. Ancaq ailə banka borclu olduqlarını düşünüb. Ölən kişinin oğlu məsələni müzakirə etmək üçün banka gedəndə miras sürprizi ilə qarşılaşıb. Gənc oğlan atasının bankda təxminən 12 milyon türk lirəsi olduğunu öyrənəndə huşunu itirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.