İsveç hökuməti Avropa İttifaqı və Avropa İqtisadi Zonasından İsveçə səyahət qadağasının uzadılmasına qərar verib.
Milli.Az ted.az-a istinadən bildirir ki,istisnalar vaksinasiya sertifikatı, koronavirus üzrə cavabı mənfi olan test nəticəsi və ya antitellərin mövcudluğu barədə sənədi olan şəxslərə aid edilir.
Qadağanın uzadılması iyunun 30-u qüvvəyə minir və avqustun 31-dək qüvvədə olacaq. Danimarka, Finlandiya, İslandiya və Norveç sakinləri üçün ölkəyə giriş məhdudiyyəti yoxdur.
Milli.Az