Maraqlı

Selena Qomez yeni imicdə göz qamaşdırdı - FOTO

22 İyun 2021 08:58
Baxış: 2 615
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerikalı ifaçı Selena Qomez "Vogue" jurnalının üz qabığında yeni imicdə görünüb.

Bu barədə musiqiçi özünün "Instagram" hesabından fotolarını paylaşıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, kadrlarda sarı saçlarla görünən Qomez pərəstişkarlarını heyran qoyub.

Qeyd edək ki, çəkilişlər müğənninin "Rare Beauty" kosmetik markasının satışa çıxarılması münasibəti ilə həyata keçirilib.

"Rare Beauty" ilə məqsədim real olmayan gözəllik standartlarını pozmaq idi. Şəxsi təcrübəmdən bu qeyri-mümkün gözəllik standartlarının zehni sağlamlığım üçün necə zərərli olduğuna əmin oldum və eyni fikirdə olan bir çox insanı tanıyıram. Cəmiyyətimizin psixi rifahını dəstəkləmək üçün mənə gözəllikdə təhlükəsiz, komfort məkan yaratmaq vacib idi", - deyə Qomez vurğulayıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.