Maraqlı

Audi RS6 qədim zindanın bir parçasını alıb

24 İyun 2021 01:40
0 Şərh     Baxış: 1 497
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kemptendə yerləşən ABT Sportsline şirkəti Audi RS6 Avant Johann Abt Signature Edition universalını təqdim edib. "Ekstremal" universal şirkətin icraçı direktoru Hans-Yurgen Abtın ulu babası İohannın adını daşıyır. 64 nüsxəlik məhdud saylı tirajla buraxılacaq universal 800 at qüvvəli səkkizsilindrli mühərriki və salonda quraşdırılmış unikal detalı - 1896-cı ilin orijinal Abt zidanının bir parçasını alacaqdır.

Milli.Az ted.az-a istinadən bildirir ki, ekstremal Audi RS6 Avant Johann Abt Signature Edition modeli qırmızı saplı karbonplastikdən hazırlanmış aerodinamik kuzov dəsti və xüsusi olaraq bu avtomobil üçün yaradılmış R22 döymə təkər diskləri ilə təchiz edilib. Bu disklərin hər biri standart analoqundan 3,5 kiloqram daha yüngüldür.

Yeni elementlər aerodinamik tüneldə tənzimlənib və bu səbəbdən də, hava axını soyutma sisteminin radiatorlarına və əyləclərə daha səmərəli şəkildə yönəldilir. Üstəlik, yeni aerodinamik dayaq arxa oxu əlavə 150 kiloqramlıq yerəbasma gücü ilə təmin edir.

İnteryerin əsas elementi mərkəzi konsolda yerləşir. Bu, transmissiyanın selektorunun sağ tərəfindəki "gözün" daxilində yerləşdirilmiş Abtların ailə mirasıdır - İohann Abtın köhnə zindanının bir parçası. Onun tərəfindən 19-cu əsrdə yaradılmış dəmirçixananın ümumiyyətlə, hazırda dünyada tanınan tüninq atelyesinin müjdəçisi olduğu hesab edilir.

Bir qədər aşağıda, qol dayağında, Hans-Yurgenin ulu babasının "n" hərfi şəklində olan orijinal imzası həkk edilib. Interyer tərtibatında dəri və süni zamşadan istifadə olunur, qapı kandarları isə "Since 1896" yazısı ilə bəzədilib.

Texnika da diqqətdən kənar qalmayıb - lakin təkmilləşdirmələrin siyahısı ABT üçün standartdır. RS6 Avant modelinə atelyenin öz turbokompressorlarını və interkulerlərini, həmçinin ABT Engine Control idarəetmə blokunu və əlavə yağ soyutma sistemini quraşdırıblar.

Gücləndirmə baxımından Johann Abt Signature Edition, keçən ilki RS6-R modelini də üstələyir: 740 at qüvvəsi və 920 Nm-ə qarşı 800 at qüvvəsi və 940 Nm (pik həddi - 1000 Nm). Əlbəttə ki, 600 at qüvvəsi və 800 Nm fırlanma anına malik olan variantdan danışmağına belə dəyməz.

Audi RS6 Avant Johann Abt Signature Edition yerindən 100 km/saat həddinə 2,91 saniyəyə sürətlənir. Maksimal sürət - 330 km/saatdır. Xatırladaq ki, zavod versiyasında bu göstəricilər 3.6 saniyəyə, 250 və ya 305 km/saat təşkil edir.

Eyni zamanda, atelye ekstremal universal tərəfindən 200 km/saata sürətlənmənin 9,79 saniyəyə, 300 km/saata isə 28,35 saniyəyə həyata keçirildiyini bildirir. Sonuncu göstərici standart Audi RS 6 Avant modelində olduğundan 20 saniyə daha yaxşıdır.

ABT Sportsline atelyesi RS6 Johann Abt Signature Edition modelini 64 nüsxədə buraxıb ki, bu da İohann Abtın yaşadığı illərin sayına işarə edir. Hər ay əllə altı avtomobil yığılacaqdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.