Maraqlı

“macOS Monterey” sistemi “Apple” kompüterlərinin işini sürətləndirəcək

15 İyun 2021 20:10
Baxış: 475
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"macOS Monterey" əməliyyat sisteminin yeni versiyası bir sıra dəyişikliklərlə təchiz ediləcək. "Apple" şirkətinin nümayəndələrinin "WWDC 2021" konfransında verdiyi məlumata görə, bu, "Mac" kompüterlərinin işini daha məhsuldar edəcək.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Apple" kompüterlərinə istifadəçilərə gündəlik vəzifələri avtomatlaşdırmğa və maksimum səmərəli işləməyə kömək edəcək "sürtəli komandalar" funksiyası quraşdırılacaq. Həm "iPhone" smartfonlarının, həm də "iPad" planşetlərinin malik olacağı funksiya daha çox istifadə edilən proqramlarda əməliyyatları tez yerinə yetirməyə imkan verəcək. "Mac" kompüterləri üçün məxsusi olaraq böyük hazır əməliyyatlar kataloqu hazırlanacaq.

"macOS Monterey" əməliyyat sistemində "iOS 15" sistemində olduğu kimi "Fokuslaşdırma" funksiyası yaradılıb. O, istifadəçilərin diqqətini yayındırmadan hazırkı əməliyyatlarla bağlı olmayan bildirişləri avtomatik filtrasiyadan keçirməyə kömək edəcək. "iPhone" smartfonları kimi, "Mac" kompüterlərinə yenilənmiş "FaceTime" quraşdırılacaq.

"Fasiləsizlik" funksiyasının smartfon və planşetlərlə işi yeni səviyyəyə çıxaracağı gözlənilir. O, "siçan" və klaviaturadan istifadə edərək əvvəlcədən quraşdırmalar etmədən "Mac" və "iPad" arasında sərbəst keçid etməyə imkan verəcək.

"Mac" kompüterlərini iyulda - "macOS Monterey" əməliyyat sisteminin beta versiyası istifadəyə verildikdən sonra yeniləmək mümkün olacaq. Əməliyyat sisteminin yeni versiyasının buraxılışı 2021-ci ilin payızına planlaşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.