Maraqlı

Artıq çəkidən azad olmaq istəyənlər üçün səhər yeməyi

12 İyun 2021 21:55
Baxış: 1 219
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Artıq çəkidən azad olmağa çalışan insanın səhər yeməyi bir neçə vacib komponentdən ibarət olmalıdır".

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Rusiya Federasiyası Səhiyyə Nazirliyinin "Milli Tibbi Tədqiqat Endokrinoloji Mərkəzi"nin həkimi, qidalanma mütəxəssisi Tatyana Strelnikovanın "Komsomolskaya Pravda" qəzetindəki məqaləsində yer alır.

Onun sözlərinə görə, səhər yeməyinin əsasını zülallar təşkil etməlidir.

"Bu hüceyrələr üçün tikinti materialıdır və uzun müddət toxluq hissi yaradır. Yumurta, kəsmik, ağ pendir, təbii yoqurt, azca duzlanmış qızıl balıq səhər yeməyi üçün idealdır. Süd məhsulları seçərkən məhsulun yağlılıq nisbətini nəzərə almalısınız. Səhər yeməyində pendirə üstünlük verilirsə, tərkibində trans yağları olmayan ağ pendir alın".

Həkim əlavə edib ki, səhər yeməyi zamanı zeytun yağı istifadə etmək daha yaxşıdır: "İçki kimi təzə hazırlanmış qəhvə və ya bitki çayını seçin".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.