ABŞ-ın Yuta ştatında 9 yaşlı qız və kiçik bacısı Kaliforniyaya çatmaq üçün valideynlərinin avtomobilini oğurladılar və daha sonra evlərindən 16 km aralıqda bir yük maşını ilə toqquşdular. Xoşbəxtlikdən uşaqlar xəsarət almayıblar.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə NYP məlumat yayıb.
Məlumata görə, uşaqlar öz əməllərini "okeanda üzmək" istəyi ilə izah ediblər.
Polis bildirir ki, 9 yaşlı qız 4 yaşlı bacısı ilə maşını "qaçırıb". Avtomobilə ciddi ziyan dəyib və hüquq-mühafizə orqanlarının əməkdaşları evakuator çağırmalı olublar. Polis bacıların təhlükəsizlik kəməri taxdıqlarını və bu səbəbdən xəsarət almadıqlarını qeyd edib.
Milli.Az