Maraqlı

ABŞ-da koronavirusun müalicəsində yeni dərman təcili istifadəyə verilir

12 İyun 2021 14:45
Baxış: 1 071
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Qida və Dərman İdarəsi (FDA) Britaniya şirkəti "GlaxoSmithKline" və ABŞ şirkəti "Vir Biotechnology" tərəfindən hazırlanmış COVID-19-a anticismləri olan dərmanın təcili istifadəsinə icazə verib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, "Sotrovimab" xəstəliyin yüksək şiddətə keçmə riski olan böyüklər, 12 yaş və ondan böyük xəstələrdə yüngül və orta dərəcədə COVID-19-un müalicəsi üçün təsdiq edilib.

Bu dərman COVID-19 xəstəxanasına yatan və ya oksigen terapiyası tələb edən xəstələr üçün nəzərdə tutulmayıb.

Şirkətlər müalicənin uyğun ABŞ xəstələri üçün önümüzdəki həftələrdə təqdim ediləcəyini deyiblər.

Həmçinin bildiriblər ki, 2021-in ikinci yarısında dərmanların tam təsdiqlənməsi üçün müraciət etməyi planlaşdırırlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.