Maraqlı

Mədəaltı vəzin endokrin funksiyası

1 İyun 2021 07:41
Baxış: 1 119
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mədəaltı  vəzi (pankreas) mədənin arxa tərəfində I-II bel fəqərələri səviyyəsində, onikibarmaq bağırsaqla dalaq qapısı arasında yerləşən tək orqandır. Onun uzunluğu 10-23 sm, eni 3-9 sm, qalınlığı 2-3 sm-dir. Mədəaltı vəzi qarışıq funksiyalı olub, həm endokrin, həm də ekzokrin orqan kimi fəaliyyət göstərir. Vəzinin hüceyrələrinin əksəriyyəti müxtəlif həzm fermentləri hazırlayır. Bunlara aiddir:
- amilazalar
- lipazalar
- peptidazalar
- nukleazalar.
Lakin vəzin daxilində endokrin funksiyalı hüceyrə qrupları yığımından ibarət olan hissəciklər vardır ki, onara Langerhans adacıqları deyilir.
Orta yaşlı adamın mədəaltı vəzisində 200000-dən 1760000-ə qədər Langerhans adacıqları olur. Bu adacıqların hüceyrələrdə somatostatin hormonu, pankreatik polipeptid sintez edilir. Bu hüceyrələrdən sintez olunan insulin hormonunun adı da "adacıq" sözündən götürülmüşdür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.