Maraqlı

Kartofun faydaları

29 May 2021 08:21
Baxış: 866
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kartof qida əhəmiyyətli, dərman xüsusiyyətli, texniki və nektar təbiətli bitki sayılır. Onun tərkibində demək olar ki, bütün amin turşuları və vitamin C yer alıb. Lakin kartofu çox saxladıqda tərkibindəki vitamin C tədricən azalır. Bu tərəvəz eləcə də minerallar mənbəyi də hesab edilir ki, bu mənbəyə də kalium, fosfor, natrium, kalsium, maqnezium, dəmir, kükürd, xlor, sink, brom, silisium, mis, bor, yod, kobalt kimi elementləri göstərmək olar.

Kartofun bir sıra faydaları xüsusiyyətləri var. O qıcıqlandırıcı təsirə malik olmadığı üçün mədə-bağırsaq, qastrit və xora kimi xəstəliklər zamanı qaynadılmış halda yeyilə bilər. Kartof nişastası qanda və qaraciyərdə xolesterolun səviyyəsini azaldır. Tərkibindəki kalium orqanizmdən artıq suyun çıxmasına kömək edir (böyrək xəstəlikləri olan və içki həvəskarlarına aid). Ona görə də kartof böyrək və ürək xəstəliyi olan insanların qida rasionuna mütləq daxil olunmalıdır.

Kartof seçərkən mütləq diqqət etmək lazımdır ki, üzəri hamar, möhkəm və bir rəngdə olsun. Əgər bir tərəfində yaşıl rəng varsa bu o deməkdir ki, kartof işıqda saxlanılıb. Məhz bu yaşıl rəngdə zəhərli maddə hesab olunan solanin vardır ki, onu da mütləq şəkildə kəsib təmizləmək lazımdır. Bəzən satıcılar köhnə amma üzəri hamar olan kartofları "təzə" kartof adıyla satırlar. Əmin olmaq üçün kartofun qabığını dırnaq ilə yüngülcə cızın, "təzə" kartof olduğu halda həmin qabıq tez soyulacaq. Sarı qabıqlı kartof daha çox qalıcıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.