Maraqlı

Kondisionerin yarada biləcəyi fəsadlar

22 May 2021 15:45
Baxış: 721
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yay aylarında qapalı şəraitdə kondisioner istifadəsi angina, tənəffüs sistemi və gözlərin xroniki xəstəlikləri, həmçinin allergiya və legionelloza səbəb ola bilər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bunu rusiyalı həkim-epidemioloq Daria Tixonova bildirib.

Həkimin sözlərinə görə, cihazdan düzgün istifadə edilməməsi, dezinfeksiya olunmaması, havalandırma və kondisioner sistemlərinin vaxtında təmizlənməməsi də xəstələnməyə şərait yaradır.

Neqativ nəticələrin qarşısını almaq üçün gün boyu kondisioner olan otaqda qalmamaq və temperaturu 18 dərəcənin altında qoymamaq lazımdır. Avadanlıqların vaxtında təmizlənməsi də buna kömək edəcək.

"Kondisionerdə quraşdırılmış optimal temperatur 21-23 dərəcə olmalıdır. Xarici mühit və otaqdakı istiliklər arasındakı fərqi də nəzərə almaq lazımdır. 10 dərəcədən çox olmamaq tarazlığını qorumaq arzuolunandır", - deyə Tixonova əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.