Maraqlı

Dünyanın ən böyük kriptovalyuta birjasına qarşı vergi cinayəti iddiası

18 May 2021 22:50
Baxış: 962
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Son vaxtlar dünyada müzakirə olunan ən aktual iqtisadi mövzulardan biri də kriptovalyuta bazarında baş verənlərdir. Bu bazarın ən mühüm son yeniliklərindən biri İlon Maskın "Tesla" şirkətinin ödəmələrində bitkoindən istifadə edilməyəcəyi barədə bəyanatı olmuşdu.

Bunun ardınca kriptovalyuta bazarında da kəskin sarsılma müşahidə olunmuşdu. Daha sonra isə ABŞ Ədliyyə Nazirliyindən və Milli Gəlirlər İdarəsindən alınan xəbərlər kriptovalyuta birjaları üçün heç də xoş olmadı: ABŞ-da dünyanın ən böyük kriptovalyuta birjası olan "Binance"yə qarşı təhqiqat başlandığı bildirildi.

Milli.Az ted.az-a istinadən bildirir ki, məhkəmə təhqiqatının mövzusu çirkli pulların yuyulması və vergi cinayətləridir.

"Binance" birjasının əməliyyatları ilə bağlı aidiyyəti dairələrdən məlumat vermələri tələb olunmuşdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.