Maraqlı

İndoneziyada sakinlərin karantin rejiminə əməl etməsi üçün “kabus”lardan istifadə olunur

9 May 2021 20:09
Baxış: 1 145
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İndoneziyada sakinlərin koronavirus pandemiyasına qarşı tətbiq edilən karantin rejiminə əməl etməsi üçün "kabus"ların yardımından istifadə edilir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "kabus" libasına bürünmüş gənclər karantin rejimini pozanları qorxudaraq onları evdə qalmağa məcbur edirlər. Ölkədə ağ mələfəyə bürünmüş belə gəncləri "pokonq" adlandırırlar. Bildirilir ki, onlar vəfat edənlərin narahat ruhlarını təmsil edirlər.

Yaşayış məntəqələrindəki küçələri dolaşan bu "kabuslar", həmçinin sakinlərin sosial məsafəni gözləməsinə də nəzarət edirlər.

Qeyd edilir ki, bəzi hallarda onların gəlişi insanlarda əks təsir də yaradır. Belə ki, onlar evdə qalmaq əvəzinə küçələrə çıxaraq bu gənclərlə əylənməyə başlayırlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.