Kəbə - ilk ibadət evi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Allah-Taala Qurani-Kərimin "Ali-İmran" surəsinin 96-cı ayəsində buyurur:
إِنَّ أَوَّلَ بَيْتٍ وُضِعَ لِلنَّاسِ لَلَّذِي بِبَكَّةَ مُبَارَكًا وَهُدًى لِّلْعَالَمِينَ
"Həqiqətən, xalq üçün təyin olunmuş ilk (ibadət) evi Bəkkədəki evdir. O, aləmlər üçün bərəkət və hidayət mayasıdır."
Xalqın izdiham məhəlli "bəkkə" adlanır.
Bəni-İsrailin iradlarından biri bu idi ki, nə üçün müsəlmanlar Beytül-Müqəddəsin miladdan min il qabaq Həzrət Süleyman (ə) tərəfindən tikildiyini bildikləri halda, onu bir kənara qoyub Kəbəni qiblə seçmişlər. Ayədə onlara cavab olaraq buyurulur: "Kəbə ilk gündən ilk ibadət evi olub və o, hər yerdən qədimdir."
Milli.Az maide.az-a istinadən bildirir ki, İmam Sadiq (ə) ayədə işlənən "ilkin ev" təbiri haqqında buyurmuşdur: "Məkkə əhli Kəbədən sonra bu yerə toplaşdığı üçün Kəbə daha əvvəlki sayılmalıdır."
Ona görə də Məscidül-həramı genişləndirmək məqsədi ilə Kəbə ətrafındakı evləri uçurmaq olar. ("Vəsailuş-şiə", c.12, səh.17.)
"Əl-mizan" da yazılır: Yerin Kəbədən genişləndirilməsi haqqında rəvayətlər çoxdur. Bu fikrə qarşı heç bir dəlil yoxdur və bu, Quranla da zidd deyil. ("Kafi", c.4, səh.189.)
İmam Əli (ə) "Nəhcül-bəlağə"nin 192-ci xütbəsində buyurur: "Allah Adəmdən başlamış dünya əhlinin son nəfərinədək bütün xalqı Kəbə daşları ilə sınayar."
İmam Baqir (ə) buyurmuşdur: "Həzrət Adəm, Həzrət Süleyman və Həzrət Nuh da Kəbə ətrafında həcc əməllərini yerinə yetirmişlər." ("Təfsiri-bürhan", c.1, səh.300.)
Quranda Kəbə müxtəlif şəkillərdə yad olunmuşdur. Onlardan bəzilərinə nəzər salaq:
Kəbə ilk evdir; ("Ali-İmran", 96.)
Kəbə xalqın qiyam mərkəzidir; ("Maidə", 97.)
Kəbə maliksiz azad evdir; ("Həcc", 29.)
Kəbə ictima məhəlli, xalqın əmin-aman evidir. ("Bəqərə", 125.)
Bildirişlər
1. Kəbə xalqın ibadət və duası üçün bünövrəsi qoyulmuş ilk evdir.
2. Kəbənin xeyir və bərəkəti təkcə möminlər üçün yox, hamı üçündür.
3. Xalqın olması Kəbə üçün bir dəyərdir.
4. Kəbə xalqın hidayət mayasıdır.
("Təfsiri-nur", Ustad Möhsin Qəraəti, 2-ci cild, "Ali-İmran" surəsi, 96-cı ayənin təfsiri.)
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Məsamələri sıxlaşdıran 4 effektiv dəriyə qulluq vərdişi
-
Tərəvəz sevənlər üçün kabaklı plov resepti
-
Günün qoroskopu: Münasibətlərdə harmoniyanı tapmaq üçün çalışmalısınız
-
"WhatsApp"a yeni rəhbəri - Kunal Şah
-
Yuxu turizmi: Klassik yay tətilini əvəz edən 72 saatlıq yeni qaçış yolu
-
Bürcünüzə görə bu yay izləməli olduğunuz klassik film
XƏBƏR LENTİ
-
Məsamələri sıxlaşdıran 4 effektiv dəriyə qulluq vərdişi
-
Tərəvəz sevənlər üçün kabaklı plov resepti
-
Lavanda yağı: Təbiətin sakitləşdirici və çoxşaxəli gücü
-
"Yeraltı"nın aktrisası, Devrim Özkan reklamdan 11 milyon qazandı
-
Bakıdakı universitetlərin köçürüləcəyi ilə bağlı xəbərlərə aydınlıq gətirdi
-
Günün qoroskopu: Münasibətlərdə harmoniyanı tapmaq üçün çalışmalısınız
-
Şagirdlər üçün ev tapşırığı minumuma endirilə bilərmi? - AÇIQLAMA
-
Ufuk Özkanın son halı - (Foto)
-
Sabah Yasamalda işıq olmayacaq
-
Monitorinq imtahanında sual kitabçası şagirdə niyə verilmir? - Emin Əmrullayevdən izah
-
Şakiranı öpüşə qərq etdi - FOTO
-
"WhatsApp"a yeni rəhbəri - Kunal Şah
-
Messi Argentina - Avstriya matçının ən yaxşı oyunçusu olub
-
DÇ-2026 - Argentina Avstriyanı məğlub etdi
-
Yuxu turizmi: Klassik yay tətilini əvəz edən 72 saatlıq yeni qaçış yolu
-
Bürcünüzə görə bu yay izləməli olduğunuz klassik film
-
Nazir: Dərsliklərdə ciddi məzmun problemləri mövcuddur
-
Məktəbəqədər təhsilin əhatə dairəsi 50 faizə çatdırılacaq
-
Pezeşkian: Biz diplomatiyanı davam etdirməyə hazırıq
-
Ağdamda qaz olmayacaq - Yenilənib
-
Messi dünya çempionatlarının bombardiri oldu
-
Qara dənizdə Türkiyəyə gəminə hücum, yaralılar var
-
Sinop mantısı resepti
-
Məktəblilərin Respublika İdman Olimpiadası çərçivəsində bədii gimnastika yarışlarına start verilib (Foto)





