Maraqlı

Yuxu saatının az olmasının təhlükəsi

27 Aprel 2021 22:05
Baxış: 1 126
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aparılan yeni araşdırmalara əsasən, orta yaş dövründə yuxu saatının müntəzəm olaraq az olması qocalıq zamanı demans (zehni gerilik) riskinin artması ilə əlaqələndirilir. Fransa, Britaniya və Finlandiya alimləri Uaythall (Whitehall II) tədqiqatının əsasında 1985-1988-ci illərdə Britaniyada apardığı tədqiqatların məlumatlarını təhlil edib. Tədqiqatın əsas məqsədi yaşayış şərtlərini və sağlamlığa təsir göstərən digər sosial amilləri, ilk növbədə ürək-damar xəstəliklərinin inkişafını və ölüm nisbətini müəyyənləşdirmək olub.

Uaythall layihəsi çərçivəsində London Kral Kollecinin koordinasiyası ilə həyata keçən müayinə zamanı, üçdə ikisi kişi və üçdə biri qadın olan 35 ilə 55 yaş arasındakı 10.000-dən çox dövlət qulluqçusu arasında sorğu keçirilib. Tədqiqat iştirakçılarının müşahidə edilməsi hələ də davam edir. Analizin parametrlərindən biri orta yuxu müddəti idi. İştirakçılar bunu özləri müstəqil olaraq qiymətləndirir. Bəziləri isə daha dəqiq qiymətləndirmə üçün gecə yatarkən akselerometr cihazından istifadə edir. Müəlliflər yuxu müddətinin 50, 60 və 70 yaşlarında olan insanların üç qrupda demans inkişaf riski ilə necə əlaqəli olduğunu təhlil edib. Seçilmiş 7959 nəfər 25 il ərzində izlənilib. Bunların arasında hazırda 521 nəfərə demans diaqnozu qoyulub. Müəlliflər orta yaşda yuxu rejiminin yaxşılaşdırılmasının demansın qarşısını ala biləcəyini təyin etmək üçün gələcək araşdırmalar aparmağı planlaşdırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.