Maraqlı

Turpun özəl xüsusiyyətləri

27 Aprel 2021 20:05
Baxış: 1 872
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Biologiya elmləri namizədi Mixail Luşik turpun özəl xüsusiyyətləri haqqında danışıb. Mütəxəssisin sözlərinə görə, həmin tərəvəzin kök hissəsində mədə-bağırsaq traktını və öd kisəsini aktivləşdirən, eyni zamanda orqanizmi təmizləməyə kömək edən çoxlu kükürd var.

Ekspert bildirir ki, turp yeyilərkən bədəndən bütün zərərli maddələrin xaric olmasına kömək edir, çünki kükürd özü orqanizmdən ağır metalları və zərərli maddələrin çıxarılması üçün yaxşı vasitədir. Turp, həmçinin soyuqdəymə ilə mübarizə üçün yaxşı vasitədir. Luşik eyni zamanda xalq təbabətindən istifadə edərək balla turpu birgə istifadə etməyi məsləhət görür. Həkim B və C qruplarının vitaminləri olan kök tərəvəz suyuna da diqqət çəkir. Bundan əlavə turpun bakterisid təsiri var. Sonda mütəxəssis, turpun sidikqovucu təsiri olan və bağırsaqların işini sürətləndirən kaliumla zəngin olduğunu xatırladıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.