Maraqlı

Göbələklər xərçəngdən necə qoruyur?

27 Aprel 2021 21:35
Baxış: 897
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qərb alimlərinin qeyd etdiyi kimi, qida rasionunda mütəmadi olaraq göbələyin olması, xərçəng xəstəliyinə tutulma riskinin təqribən 45% azaldır. Bu, ehtimal edildiyi kimi, göbələkdə hüceyrələri oksidləşdirici stressdən qoruya bilən və bədxassəli şişlərin yaranma riskini azaldan antioksidant olan erqotioninin olmasıdır.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, mütəxəssislər qoruyucu təsirin altında hansı mexanizmlərin olduğunu və hansı xərçəng növlərinin göbələklər tərəfindən daha yaxşı qorunduğunu öyrənməyi qarşılarına məqsəd qoyub. Pensilvaniya Universitetinin tədqiqatçıları, göbələklərin daha sıx istehlak edilməsinin, xərçəngin inkişaf riskinin daha aşağı olması ilə əlaqəli olduğunu bildirib. Tədqiqat müəllifləri onkoloji xəstəliklərə həsr olunmuş, 1966-2020-ci illərdə nəşr olunan 17 elmi işi təhlil edib. Tədqiqatda ümumilikdə müxtəlif xərçəng növləri olan 20 min xəstə iştirak edib. Gündə ən az 18 qram göbələk yeyənlərin xərçəng riskinin 45% azaldığı məlum olub. "Göbələklər qidada erqotioninin əsas mənbəyidir. Onlar hüceyrələri qoruyan bənzərsiz və güclü antioksidantdır. Bədəndə antioksidantların olması oksidləşdirici stressdən qoruya bilər və xərçəng riskini azalda bilər", - deyə tədqiqatın müəlliflərindən biri epidemioloq Cibril Ba bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.