Maraqlı

“WhatsApp”a dəyişiklik ediləcək

29 Aprel 2021 21:10
Baxış: 1 199
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Populyar "WhatsApp" messencerinin tərtibatçıları mesajların avtomatik silinməsi seçiminə dəyişlik etməyi planlaşdırırlar. Bu haqda "WABetaInfo" saytı məlumat verib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, mesajların göndərilməsindən 24 saat sonra onların avtomatik silinməsi imkanı istifadəçilərə təklif ediləcək. Bu funksiya həm şəxsi, həm də qrup çatlarında əlçatan olacaq.

İndi "WhatsApp" messencerinin tənzimləməsində mesajların yalnız 7 gündən sonra avtomatik silinməsi imkanını seçmək mümkündür. Bu halda mesajlar həm göndərən, həm də onu alan tərəfdə silinir.

Yeni funksiya hələ ki beta test mərhələsindədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.