“Oruc tutmaq əmrinə görə Allaha şükr etməliyik”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qurani-kərimdə oruc və qəti hökm olaraq bəyan edildiyi ayədə buyurulur: "Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) təqvalı olasınız!" (Bəqərə, 183).
Göründüyü kimi, Allah-təala orucun fəlsəfəsini təqva ilə bağlayır və əsil orucun insanda təqva keyfiyyətini yaratmalı olduğunu vurğulayır. Təqva isə imanın əsası və sütunudur. Qurani-kərimdə Allah-təala insanları yal¬nız təqvalarına görə qiymətləndirdiyini açıq-aşkar bildirir: "Allah yanında ən hörmətli olanınız ən təqvalı olanınızdır" (Hücürat, 13). İmam Əli (ə) təqva haqqında buyurub: "Təqvanın zahiri tərəfi dünyada insana şərəf gətirər, batini tərəfi isə axirətdə". Peyğəmbərimiz və imamlarımız öz xütbələrini adətən "Allaha münasibətdə təqvalı olun" cümləsi ilə başlayırdılar.
Oruc tutmaq ən mühüm hikməti insanlarda iman, təqva, tövbə, şəfqət kimi duyğuların tərbiyə edilməsidir.
Buna görə İmam Zeynül-abidin (ə) Ramazan ayını "oruc ayı, İslam ayı, paklıq ayı və günahlardan uzaqlaşmaq ayı" adlandırırdı.
Həzrət Mühəmməd Peyğəmbər (s) Ramazan ayında oruc tutmağın savabını bəyan edən geniş xütbəsinin sonunda buyurmuşdu: "Cənnətin bir qapısı var ki, adı rəyyandır və qiyamət gününə kimi açılmaz. Qiyamət günündə bu qapı Mühəmməd (s) ümmətindən oruc tutan kişi və qadınlardan ötrü açılar. Cənnətin qoruyucu mələyi Rizvan haray çəkər: "Ey Mühəmməd ümməti! Rəyyan qapısına doğru axışın!" Ümmətim bu qapıdan cənnətə girər. Əgər kiminsə günahı Ramazan ayında bağışlanmasa, başqa hansı ayda bağışlanar?" Hədisdən göründüyü kimi, Ramazan insanın öz günahlarını Allah dərgahında bağışlatması üçün bir fürsət də sayıla bilər.
Allahın bizdən umduğu təqvaya yiyələnmək üçün günahlardan uzaq durmaq ən əsas şərtdir.
Əgər orucun zahiri hökmləri kimi batini ədəbinə də riayət etməyi bacarsaq, günaha nifrət xasiyyətə çevriləcək. Buna nail olmaq üçün öz ruhu üzərində işləmək, tamaha yox deməyi bacarmaq, günahların məhvedici xislətini anlamaq, Allahın hər şeyə nəzarət etdiyini daim yadda saxlamaq, Allahdan, mələklərdən, insanlardan həya etmək lazımdır. Rəvayət edirlər ki, bir gün İslam Peyğəmbəri Ramazan ayında səhabələrlə orucluq barəsində söhbət edirdi. Bu zaman İmam Əli (ə) soruşdu: "Bu ayda edilməsi ən yaxşı olan əməl hansıdır?" Peyğəmbər ona cavab verdi: "Allahın haram buyurduqlarından çəkinmək".
Hədislərin birində İmam Cəfər Sadiq (ə) buyurub: "Oruc tutdunsa, qulağına, gözünə, dilinə, ətinə, qanına, dərinə, tükünə və cinsiyyət üzvünə də oruc tutdur". Yəni qulağını haram söhbətlər eşitməkdən, gözünü harama baxmaqdan, dilini nahaq danışmaqdan, bütün bədənini harama və günaha toxunmaqdan, cinsiyyət üzvünü zinadan qoru. Yalnız bu halda orucun batini həqiqətinə yetişmək, Bəqərə surəsinin 183-cü ayəsində buyurulan "ey iman gətirənlər" xitabına layiq olmaq və Allahın bizdən umduğu təqva məqamına sahib çıxmaq mümkündür. Əks halda, Həzrət Fatimeyi-Zəhra (ə) demişkən, "dilini, qulağını, gözünü və əzasını günahdan uzaq tutmayan adamın orucundan nə fayda?"
Məşhur arif Mirzə Cavad Mələki Təbrizi əsərlərinin birində yazırdı ki, əslində oruc insanlar üçün təklif yox, təşrifdir. Yəni insan oruc hökmünü Allah tərəfindən icbari əmr kimi yox, ucalıq, şərəf kimi qəbul etməlidir. Allah oruc tutmağı əmr etməklə insana öz lütfünü izhar edib, onu sevdiyini bir daha vurğulayıb. Çünki oruc həm bu dünyada, həm də axirətdə insana xeyir-bərəkət gətirir. Oruc tutanlar bu dünyada mənəvi təkamül, zehin açıqlığı, mərhəmət, aramlıq, bədən sağlamlığı və sair nemətlərə nail olurlar. Axirətdə isə Allahın miqdarını bildirmədiyi qədər böyük mükafatını qazanacaq, cənnətə onlar üçün ayrılmış qapıdan daxil olacaqlar. Oruc tutmaq bütün bu mükafatları əldə etmək üçün bir imkandır. Ona görə də, mərhum Mələki Təbrizi öz fikrinə yekun vuraraq bildirirdi ki, bu imkana görə Allaha şükr etmək lazımdır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Evdə köhnə 2 qəpik varsa, yoxlayın - Bu sikkə 4 min manata satılıb - (Foto/Video)
-
Zlatan Ibrahimoviçdən Arda Güler barədə: “Hər dəfə onu seçərdim”
-
Yeməyi "qazanla soyuducuya qoymayın" xəbərdarlığı
-
Mandarin alarkən mütləq bu işarəyə baxın: Şirin və şirəli olanı belə bilinir
-
Bu 3 tarixdə doğulanların payızda həyatı dəyişəcək
-
Bədənin əsl yaşı gözlərdə gizli imiş
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyev: ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür
-
Millətlər Liqasında günün mərkəzi oyunu: İngiltərə - İspaniya
-
AIIF 2026-da iştirak edən qurumların idarə etdikləri aktivlərin ümumi həcmi 30 trilyon ABŞ dollarına çatır
-
Prezident İlham Əliyev Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqlayıb
-
Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim - “Global Infrastructure Partners”in təsisçisi
-
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
-
Evdə köhnə 2 qəpik varsa, yoxlayın - Bu sikkə 4 min manata satılıb - (Foto/Video)
-
Prezident İlham Əliyev: Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür
-
Zlatan Ibrahimoviçdən Arda Güler barədə: “Hər dəfə onu seçərdim”
-
Prezident İlham Əliyev: Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq
-
Prezident İlham Əliyev: Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır
-
Prezident İlham Əliyev: Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir
-
Bu gün "Formula 1"in qalibi bəlli olacaq
-
Prezident İlham Əliyev: Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir
-
Prezident İlham Əliyev: Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var
-
Prezident İlham Əliyev: Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər
-
Pezeşkian Tramp ilə görüşün şərtini açıqladı
-
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - (Foto)
-
Azərbaycanda vulkan püskürdü
-
Yeməyi "qazanla soyuducuya qoymayın" xəbərdarlığı
-
Mandarin alarkən mütləq bu işarəyə baxın: Şirin və şirəli olanı belə bilinir
-
Bu 3 tarixdə doğulanların payızda həyatı dəyişəcək
-
Bədənin əsl yaşı gözlərdə gizli imiş
-
Qrip və soyuqdəymə zamanı sağalmanı tezləşdirən qidalar





