“İlin qadını” seçilən azərbaycanlı məşhur
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yuliya Əhmədova Rusiya mədəniyyətinin məşhur simalarından biridir.
Milli.Az xəbər verir ki, Rusiyalı komediya aktrisası, prodüser, "Şən və Hazırcavablar Klubu"nun (KVN) keçmiş üzvü və kapitanı, "Stand Up" televiziya şousunun iştirakçısı və yaradıcı prodüseridir.
Yuliya 1982-ci il noyabrın 28-də Qırğızıstanın Kant şəhərində anadan olub. Atası Oqtay Əhmədov azərbaycanlıdır, hərbi pilot olub, anası isə ukraynalıdır. Yuliyanın özündən kiçik bir bacısı var. Anası evdar qadındır. Valideynləri bir neçə il əvvəl boşanıb.
Yuliya bir şəhərdə böyüməyib, bu da hərbçi atasının tez-tez iş yerini dəyişməsi ilə bağlıdır. Müsahibələrindən birində dediyinə görə, atası tez-tez təyinatla fərqli hərbi hissələrə göndərilib, bu səbəbdən də ailə yaşayış yerlərini dəyişməli olub. Buna görə də, bacılar 6-7 fərqli məktəbdə oxuyublar.
Yuliya 1999-cu ildə ali məktəbə daxil olmaq üçün Rusiyanın Voronej şəhərinə gəlib. Burada Voronej Dövlət Memarlıq və İnşaat Universitetinə daxil olub. Universitetin İnşaat və memarlıq fakültəsinin məzunudur.
Yuliya 2005-ci ildə Moskvaya köçüb. 2003-2012-ci illərdə 25-ci KVN komandasının kapitanı olub. Bir neçə dəfə Rusiyada "İlin KVN-çi qadını" adına layiq görülüb.
2008-ci ildə "Univer" adlı populyar televiziya serialının ssenari müəllifi olub. 2012-ci ildən "TNT" kanalında yayımlanan "Comedy Woman" televiziya şousunun müəllifidir. Şouda qonaq qismində 78 və 81-ci seriyalarda da yer alıb.
"Stand Up" verilişinin əvvəlindən bəri yeganə qadın iştirakçı və bu layihənin prodüseridir.
2020-ci ildə Rusiyanın "Glamour" jurnalının ənənəvi "İlin qadınları" mükafatının qaliblərindən biri də Yuliya Əhmədovadır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Çin sədrinin Ağ Evə səfəri öncəsi jurnalistlər arasında qalmaqal - (Video)
-
Bakıda gənc qızı motosiklet vurdu - (Video)
-
Xocavənddə yanğın başlayıb - (Video)
-
"Aşk ve taht" final edir
-
"Birliyin Gücü – 2026” təlimində növbəti tapşırıqlar yerinə yetirilib - (Foto/Video)
-
Corc Rassell ikinci sərbəst yürüşdə də ən sürətli oldu - (Yenilənib)
XƏBƏR LENTİ
-
Çin sədrinin Ağ Evə səfəri öncəsi jurnalistlər arasında qalmaqal - (Video)
-
“Bu üç gün ərzində çox qocaldım və arıqladım” - Həmidə Ömərova
-
Bakıda gənc qızı motosiklet vurdu - (Video)
-
Marek Kalinaya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
-
Sübhan Mamedov Avropa çempionu olub - (Foto)
-
BƏƏ İrana uçuşları dayandırdı
-
Sabirabadda ağır qəza - ölən və yaralanan var - Yenilənib
-
Marina Vladi vəfat etdi
-
Kartlara tətbiq edilən limitlərlə bağlı açıqlama - Yenilənib
-
Qazaxıstanda ölən hərbçilərin sayı 12-yə çatıb
-
“Sabah”ın matçına gedənlərin nəzərinə
-
"11 yaşımda ana oldum, mən böyümədim" - Xalq artisti Xalidə Quliyeva
-
Xocavənddə yanğın başlayıb - (Video)
-
Ceyhun Bayramov İƏT-i birgə fəaliyyətə çağırıb - (Foto)
-
Formula 1 Azərbaycan Qran-Prisinin ilk günü: İki sərbəst yürüş başa çatıb - (Foto)
-
"Aşk ve taht" final edir
-
Azərbaycan muzeyi ilə özbək institutu arasında əməkdaşlıq memorandumu imzalanıb - (Foto)
-
Azərbaycan Milli İncəsənət Muzeyi Daşkənddə rəqəmsal layihələr təcrübəsini təqdim edib - (Foto)
-
Qazaxıstanda matəm elan edildi
-
"Birliyin Gücü – 2026” təlimində növbəti tapşırıqlar yerinə yetirilib - (Foto/Video)
-
Azərbaycan və Türkiyənin iki orkestri - bir səhnə: Elvin Hoca Qəniyev musiqi gecəsinin mərkəzində - (Foto/Video)
-
Azərbaycanda milyonluq mülkləri ilə gündəmə gələn deputat istefa verdi
-
Ceyhun Bayramov Albaniya XİN rəhbərinə Ermənistanla davam edən sülh prosesi barədə məlumat verib - (Foto)
-
Moskva prospektində 6 yeni dayanacaq pavilyonu quraşdırılır





