Maraqlı

Toyota tam elektrikli avtomobilini təqdim edəcək

27 Aprel 2021 07:31
Baxış: 565
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Toyota 19 aprel bazar ertəsi günü yeni avtomobil təqdim edəcək. Qlobal miqyasda şirkətin ilk tamamilə elektrikli avtomobili olacaq bu avtomobilin texniki detalları hələ məlum deyil. Toyota yalnız vasitə haqqında bir şəkil paylaşıb.

Milli.Az techland.az-a istinadən bildirir ki, Yaponiyada yerləşən avtomobil nəhəngi Toyota illərdir hibrid mühərrik texnologiyasına investisiya yatırır. Hətta şirkətin hibrid motorlu nəqliyyat vasitələri də bazarda ən çox satanlar arasında yer tutur. Ancaq Toyota bunu çox qısa müddətdə dəyişdirəcək kimi görünür. Çünki şirkət ilk tam elektrikli avtomobilini 19 aprel bazar ertəsi günü keçiriləcək bir tədbirdə istehlakçılara təqdim edəcək.

Əslində, Toyota C-HR adlı krossover modelinin tamamilə elektrikli bir versiyasını istehsal edib. Ancaq bu vasitə yalnız Çin bazarında satıb. 19-29 aprel tarixlərində təqdim ediləcək və 21-28 aprel tarixləri arasında keçiriləcək Şanxay avtosalonu çərçivəsində ilk dəfə nümayiş etdiriləcək vasitə, Toyota-nın xidmət göstərdiyi bütün ölkələrdə əlçatan olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.