Maraqlı

Sabançıların gəlini ilə bağlı xəbər gündəm yaratdı - FOTO

11 Aprel 2021 11:49
Baxış: 973
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin məşhur milyarder ailələrindən olan Sabançıların gəlini Nazlı Kayının anası ilə bağlı şok xəbər gündəm yaradıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, 2020-ci ilin dekabr ayında Hacı Sabançı ilə nişanlanan Nazlı Kayı ailəsini yox sayıb, onlarla heç bir fotosunu paylaşmayıb.

Sosial mediada yayılan xəbərlərə görə, bursalı gözəlin anası Dənizlidə və ABŞ-da bəzi şəxslərə qarşı fırıldaqçılıq edib.

Kayının ailəsini bu səbəbdən gizlədiyi ehtimal olunur.

"Instagram" da 211 min izləyicisi olan Kayı bacısı Hazal, anası Günəş Dimili və Bursada ayaqqabı mağazası olduğu deyilən atası ilə foto paylaşmayıb.

2017-ci ildən birlikdə olan Nazlı Kayı və Hacı Şabançının ötən ilin 18 dekabrında baş tutan nişan mərasimi uzun müddət gündəmdən düşməmişdi.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.