Maraqlı

“LinkedIn” sosial şəbəkəsinin 500 milyon istifadəçisinin məlumatı satışa çıxarılıb

13 Aprel 2021 19:30
Baxış: 591
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hakerlər "LinkedIn" sosial şəbəkəsinin 500 milyon istifadəçisinin məlumatını satışa çıxarıblar. Şirkətin nümayəndəsi məlumat itkisinin qeydə alınmadığını, internetdə yerləşdirilmiş məlumatların açıq girişdə olduğunu bildirib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "CyberNews" saytı haker saytında məlumatların satışı haqqında təklif aşkar edib. Satışa çıxarılmış arxivdə istifadəçi ID-si, adlar, poçt ünvanları, telefon nömrələri və başqa sosial şəbəkələrə linklər yerləşdirilib. Arxiv hərracda 4 rəqəmli məbləğə satılıb.

Şirkətdən məlumat verilib ki, məlumat itkisi olmayıb, hakerlər açıq girişdə olan informasiyadan istifadə ediblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory