Hakerlər "LinkedIn" sosial şəbəkəsinin 500 milyon istifadəçisinin məlumatını satışa çıxarıblar. Şirkətin nümayəndəsi məlumat itkisinin qeydə alınmadığını, internetdə yerləşdirilmiş məlumatların açıq girişdə olduğunu bildirib.
Milli.Az ictnews.az-a istinadən bildirir ki, "CyberNews" saytı haker saytında məlumatların satışı haqqında təklif aşkar edib. Satışa çıxarılmış arxivdə istifadəçi ID-si, adlar, poçt ünvanları, telefon nömrələri və başqa sosial şəbəkələrə linklər yerləşdirilib. Arxiv hərracda 4 rəqəmli məbləğə satılıb.
Şirkətdən məlumat verilib ki, məlumat itkisi olmayıb, hakerlər açıq girişdə olan informasiyadan istifadə ediblər.
Milli.Az