Maraqlı

Baş ağrısının nəyin göstəricisi ola bilər?

10 Aprel 2021 21:45
Baxış: 1 539
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Baş ağrısı bir sıra xəstəliklərə işarə edə bilər. Həkimlərin fikrincə, baş ağrıları beyindəki qan damarları, şiş, zədələnmə, kəllədaxili təzyiqin artması və ya azalması ilə əlaqəli siqnal ola bilər. Burada xüsusən meningit kimi müxtəlif infeksiyalar da istisna edilmir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, həkimlər ağrıkəsicilər də daxil olmaqla, mütəmadi dərman qəbulunun baş ağrısının səbəbi ola biləcəyi barədə xəbərdar edir.

Terapevt İrina Yartseva və ümumi praktika həkimi Larisa Alekseyeva davamlı baş ağrılarının səbəblərindən danışıb. Yartsevanın sözlərinə görə, bu vəziyyət yüksək qan təzyiqi ilə yanaşı qlaukomanın inkişafından da yarana bilər. Alekseyeva, öz növbəsində, hazırda baş ağrısının ən çox görülən səbəblərinin hava şəraiti və qəfl temperatur dəyişikliyini qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.