Aplina 8 Series Gran Coupe modelini təkmilləşdirib - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Avtomobil istehsalçısı statusuna sahib olan və BMW modellərinin təkmilləşdirilməsi ilə məşğul olan Alpina şirkəti, heç vaxt iri bavariya kupellərindən yan keçməyib.
BMW 6 Series modelinin hər üç nəslinin xüsusi modifikasiyaları mövcud olub, 7 Series (E31) modelinin bazasında yaradılmış BMW Alpina B12 modeli isə 154 nüsxəlik tirajla buraxılmışdı. Odur ki, Alpina şirkətinin mütəxəssislərinin BMW şirkətinin yeni 8 Series modelini təkmilləşdirməsində təəccüblü heç nə yoxdur. Ən maraqlısı odur ki, ilk işıq üzü görən kupe və ya kabriolet deyil, dördqapılı BMW Alpina B8 Gran Coupe modelidir.
Milli.Az autograph.az-a istinadən bildirir ki, digər Alpina modellərində olduğu kimi, əsas olaraq ekstremal BMW M8 modeli deyil, ən güclü "mülki" M850i modifikasiyası götürülüb. Texniki baxımından belə 8 Series qran tureri BMW Alpina B5 sedan və universalları ilə unifikasiya edilib. Kapotun altında iki turbokompressorlu təkmilləşdirilmiş 4,4-litrlik V8 mühərriki yerləşir. Mühərrikin gücü 530-dan 621 at qüvvəsinə, fırlanma anı isə 750-dən 800 Nm-ə qədər artırılıb. Müqayisə üçün bildirək ki, BMW M8 Competition 625 at qüvvəsinə və 750 Nm fırlanma anına sahibdir.
Səkkiz pilləli "avtomat" və tam ötürmə sistemi yenidən tənzimlənib, arxa oxda özükilidlənən differensial, asqıda isə adaptiv amortizatorlar quraşdırılıb. Lakin Alpina ənənəsinə uyğun olaraq, əsas üstünlük sürətə deyil, rahatlığa yönəldilmişdir. Standart M8 modelindən fərqli olaraq, B8 modeli alıcıları daha yumşaq xarakteri ilə fəth etməlidir. Buna baxmayaraq, buraxılış sisteminin Sport rejimi də mövcuddur - bu rejimdə əlavə qapaqlar açılır və mühərrikin səsinin xüsusilə aqressivləşir.
Alpina mütəxəssisləri öndə 395 millimetrlik diskləri və dördporşenli supportları, arxada isə 398 millimetrlik diskləri və birporşenli supportları olan Brembo əyləc mexanizmləri quraşdırılıb. Yeganə opsiya karbon-saxsı əyləc mexanizmləridir. Modelin standart təchizatına 21-düymlük Alpina Classic diskləri (gizli boltlar ilə) və Pirelli P Zero təkərləri daxildir. Bamperlər standartdır, ancaq ön tərəfdə opsional işləmə, arxada isə yeni diffuzor quraşdırıla bilər.
Salondakı əsas xüsusiyyətlər çəkilmiş cihazlar panelinin (mavi rəng çeşidində) dəyişdirilmiş dizaynı və sükanın arxasında quraşdırılan transmissiyasının xüsusi düymələridir. Ancaq bu düymələrin yerinə ənənəvi "ləçəklər" də seçilə bilər. Həmişə olduğu kimi, salonun zərif Lavalina dərisi ilə üzlənməsini də sifariş etmək olar.
Nəticədə, dördqapılı BMW Alpina B8 Gran Coupe modelinin çəkisi 2.100 kiloqrama qədər artıb. Xatıldadaq ki, BMW M8 Competition Gran Coupe modelinin ağırlığı 1.995 kiloqramdır. Alpina modeli 100 km/saat həddinə 3,4, 200 km/saata qədər isə 11,6 saniyəyə sürətlənir. Bu, M8 modelində olduğundan müvafiq olaraq 0,2 və 0,6 saniyə yavaşdır. Bununla belə, B8 modelinin sürət məhdudlaşdırıcısı yoxdur və dördqapılı kupe 324 km/saat həddinə qədər sürətlənə bilir. M8 modelində isə bu göstərici 305 km/saatdır.
Alpina şirkəti artıq Almaniyada başlanğıc qiyməti 161.000 avro olan yeni Gran Coupe modelinə sifarişləri qəbul edir. Xatırladaq ki, dördqapılı BMW M8 Competition modelinin qiyməti 167.000 avrodan başlayır. Alpine modelləri Amerikaya da göndəriləcəkdir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Corcun qardaşı da nişanlandı - (Video)
-
Kənd Təsərrüfatı naziri kombaynla pambıq yığdı - (Video)
-
Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? - (Video)
-
"Utanın, yerin dibinə girin" - Aparıcıdan futbolçularımıza sərt sözlər
-
Tolik: "Mən 25 manata ət almıram" - (Video)
-
Erməni snayper qadınlar hərbçilərimizi buradan hədəfə alıblar - (Video)
XƏBƏR LENTİ
-
Corcun qardaşı da nişanlandı - (Video)
-
ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar - Hafiz Paşayev
-
Ruslan Eyyubovla birgə tutulanların hamısı ev dustaqlığına buraxıldı
-
Bu gün Azərbaycanda müzakirə olunan məsələlər 34 il əvvəl gündəmdə olan məsələlərdən əhəmiyyətli dərəcədə fərqlənir - Hafiz Paşayev
-
Yaşıllıqlara 47 540 manat ziyan dəyib
-
Prezident İlham Əliyev: Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq
-
7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb
-
Ermənistana keçən azərbaycanlı hərbçi həbs edildi
-
Dövlət qulluğuna hazırlaşanlara xəbər: İmtahan tarixi açıqlandı
-
Avstraliyada təhsil alan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi
-
Azərbaycanın futbol üzrə U-20 millisinin heyətində dəyişiklik baş verib
-
YAP-ın İdarə Heyətinin yeni tərkibi müəyyənləşib
-
Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb
-
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişindaşımanı da həyata keçirəcək
-
Bakı-Tbilisi qatarlarında yenilik - 1 noyabrdan
-
Məhəmməd Nəsibov saxlanıldı
-
“Bakı Biznes Mərkəzi” MMC-nin direktoru xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısından çıxarılıb
-
Hava ilə bağlı son məlumat
-
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edilib
-
Prezident İlham Əliyevin sosial media hesablarında Yeni Azərbaycan Partiyasının VIII Qurultayında iştirakına dair videoçarx paylaşılıb - (Video)
-
Sumqayıtda məktəbdə zəhərlənən şagirdlərin sayı 21-ə çatdı - (Yenilənib)
-
Bu yolda hərəkət qaydası dəyişdi - Sürücülərə xəbərdarlıq
-
Kənd Təsərrüfatı naziri kombaynla pambıq yığdı - (Video)
-
Rusiyada azərbaycanlı sərnişinin çantasından kabab çıxdı, yandırdılar





