Maraqlı

Bu pəhrizi 4 gün saxlasanız 2 kiloqram arıqlayarsınız

28 Mart 2021 15:33
Baxış: 1 371
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mütəxəssislər hər zaman səhər yeməyinin önəmli olduğunu, orqanizm üçün müsbət təsir etdiyini bildirib. Xanımlar isə artıq çəki almamaq üçün səhər yeməyindən imtina edir. Gün ərzində elə də acmamaq üçün səhər yeməyində çoxlu zülal qəbul etmək məsləhətdir.

Milli.Az Axşam.az-a istinadən səhər yeməyi üçün tərkibi zülalla bol olan menyu təqdim edir:

Şirin sendviç:
Qarabaşaq unundan hazırlanmış 2 ədəd blinçik götürün. Birinin üstünə yağsız kəsmik çəkin. Üzərinə 2 dilim armud qoyub, darçın səpib, ikinci blinçiklə üstünü örtün. Səhər yeməyində blinçikdən hazırladığınız sendviçi yeyin. Bu, sizi uzun müddət tox tutacaq.

Göbələk qızartması:
Şam yeməyində isə... 4 ədəd göbələyi tavada qovurub, üstünə azca yağsız pendir səpib yeyin. Bu pəhrizi 4 gün saxlasanız 2 kiloqram arıqlayarsınız.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.