Maraqlı

Yenə boşanma xəbəri ilə gündəmə gəldilər

25 Mart 2021 18:26
Baxış: 1 322
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

20 ildir evli olan müğənni Leonid Aqutin və Anjelika Varum yenidən boşanma xəbərləri ilə gündəmə gəliblər.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, hər dəfə olduğu kimi yenə də Aqutinin həyat yoldaşına başqa bir qızla xəyanət etdiyi iddia olunub. Cütlük münasibətlərində dəfələrlə ciddi mübahisə yaşandığını etiraf etsə də, ayrılmadığını açıqlayıb.

Aqutin "Son 15 ildə bizi dəfələrlə boşatdırıb, birləşdiriblər. Onların düşüncəsinə görə, biz evləndikdən 5 il sonra ayrılmalı idik. Valideynlərimiz ilk dəfə belə xəbər çıxanda pis reaksiya verdilər. İndi öyrəşiblər" sözlərini deyib.

Müğənni bir müddət əvvəl xanım pərəstişkarı ilə gecə bir yerdə qalması xəbərlərinə də aydınlıq gətirib:

"Guya, həmin qıza onu ulduz edəcəyim haqda söz vermişəm. Onu otelə çağırıb, səhərə kimi içki içmişik. Hətta yazmışdılar ki, şou-biznesdəki bütün kişilər belədir. Anam buna görə mənə zəng vurub, danlayırdı. Adlarını yazdıqları qız belə yəqin ki, realda yoxdur. Hətta qızım da mediada yazılanlara əhəmiyyət vermir".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.