Maraqlı

Mobil telefonlarda proqramların dayanmasının səbəbi açıqlandı

27 Mart 2021 20:20
Baxış: 998
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bütün dünyada "Android" sistemi ilə işləyən smartfon sahibləri əməliyyat zamanı tətbiqlərin çökməsindən şikayətlənirlər. Problem sistem komponentlərindən birini yenilədikdən sonra aşkar edilib.

Milli.Az ted.az-a istinadən bildirir ki, ən çox internet oyunlarını istifadə edən tətbiqlər, internetdən məzmun yükləyən, həmçinin "Gmail" və digərləri iş zamanı dayanır.

"Google" artıq qəza barədə məlumat yayıb və dayanmanın səbəbinin "Android WebView" tətbiqetməsinin səhv işləməsindən qaynaqlandığını, bunun da mobil proqramların qəfil olaraq bağlanmasına səbəb olduğunu bildirdi.

Problemi həll etmək üçün "Android WebView"in ən son versiyalarını "Google Play" mağazasından və "Google Chrome" brauzerindən yükləməlisiniz. Bəzi cihazlarda bu iki tətbiqetmənin parametrlərinə girib bütün yeniləmələri silmək və sonra rəsmi mağaza vasitəsilə yeniləmək lazım ola bilər.

Alternativ olaraq, "Google Chrome"u silmək və sonra yenidən qurmaq olar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.