Hollivud ulduzu Metyu Makkonahi gələcəkdə Amerikanın Texas ştatının qubernatoru postuna namizədliyini irəli sürmək istədiyini bildirib.
Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, bu barədə aktyor məşhur aparıcı Cimmi Fellonun "The Tonight Show" proqramında danışıb:
"Bir müddətdir ki, bu haqda düşünürəm. Texasda xeyli sayda həll olunmalı problemlər var. Qubernator olmaq istərdim, amma bunun üçün hələlik addım atmamışam".
Milli.Az