Maraqlı

İnsan bədənində 55 yeni kimyəvi maddə tapıldı

25 Mart 2021 07:41
Baxış: 839
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

San Fransisko Kaliforniya Universitetinin alimləri 109 kimyəvi maddə aşkar ediblər ki, bunlardan 55-i əvvəllər insan bədəninə dair tədqiqatlarda tapılıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, kimyəvi maddələr hamilə qadınların, daha sonra yeni doğulmuş körpələrin qanında tapılıb. Bu kimyəvi maddələrin ananın plasentasından keçdiyini göstərir.

Tapılan 109 kimyəvi maddə ətrafımızdakı müəyyən məhsulların tərkibinə daxildir. Məsələn, 40-ı plastikləşdirici, 28-i kosmetik, 25-i istehlak məhsullarında, 29-u əczaçılıqda, 7-si xalçada, döşəmədə və s. kimi istifadə olunur. Maddələrin başqa cür istifadəsi də istisna edilmir.

Kaliforniya Universitetinin mamalıq, ginekologiya və reproduktiv elmlər kafedrasının professorunun dediyinə görə, kimyəvi maddələr insanlarda çoxdan mövcud ola bilər, ancaq bunlar yalnız indi müəyyən edilib. Bu kəşfə ən son texnologiyalar vasitəsilə nail olunub. Məsələn, yüksək həllini tapmış mass- spektrometriya (HRMS) ilə müəyyən maddədəki müxtəlif komponentlərin konsentrasiyasını dəqiqliklə təyin edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.